IQNA

Banqladeş ICC -nin Myanma barədə hökmünü dəstəklədi

9:19 - February 17, 2019
Xəbər sayı: 3484703
BMT-nin Beynəlxalq Cinayət və Cəza Məhkəməsi (ICC) Myanmanın ruhingiyalı müsəlmanlara qarşı törətdiyi cinayətlə bağlı istintaq qrupu təşkil edib və bu qrupun hadisə yerinə göndərilməsi qərarını verib.

Banqladeş ICC -nin Myanma barədə hökmünü dəstəklədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Beynəlxalq Cinayət və Cəza Məhkəməsi (ICC) Myanmanın ruhingiyalı müsəlmanlara qarşı törətdiyi cinayətlə bağlı istintaq qrupu təşkil edib və bu qrupun hadisə yerinə göndərilməsi qərarını verib.

Banqladeşin baş naziri Şeyx Həsinə həftənin Cümə günü bu xəbəri elan edərək Beynəlxalq Cinayət və Cəza Məhkəməsinin qərarını dəstəklədiyini elan edib.

Məhəmməd Şəhidul-Həqq (Banqladeşin xarici işlər naziri) də bildirib ki, Almaniyanın Munix şəhərində təhlükəsizlik konfransı zamanı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Beynəlxalq Cinayət və Cəza Məhkəməsinin baş prokroru ilə görüşündə onların Myanma barəsdinə qərarlarını himayə etdiyini bildirib.    

Banqladeşin xarici işlər naziri xəbər verib ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Beynəlxalq Cinayət və Cəza Məhkəməsinin Myanma hadisələrini araşdıracaq qrup ilə Mart ayının ilk günlərində Banqladeşdə görüş baş tutacaqdır.

Beynəlxalq Amnistiya təşkilatının hesabatına görə, çoxunun uşaq və qadın olduğu 750 mindən çox ruhingiyalı qaçqın Banqladeşin qaçqınlar üçün sığınacaqlarında məksunlaşıblar.  

http://iqna.ir/fa/news/3790607  

Teqlər: bmt ، ruhingiya ، banqladeş
captcha