İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Küveytə şəhərinin bazarında baş vermiş partlayışda ən azı 16 nəfər ölüb, sayları 30-dan çox olan çox sayda insan yaralanıb.
Terror hücumu bu gün səhər Kuveytə şəhərində meyvə bazarında baş verib. Belə ki, bomba qoyulmuş avtomobil partladılıb. Partlayış nəticəsində bazarda dükanlara və avtomobillərə ziyan dəyib.
Yaralılar xəstəxanaya çatdırılıb, onların bəzisinin durumu ağırdır. Hələlik heç bir qrup terror hadisəsinin məsuliyyətini üzərinə götürməyib.
Hadisə zamanı partlayış baş vermiş rayonun ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.