IQNA

Küveytli hakim: Əlil xanımların yarışları müstəqil keçirilsin

9:27 - April 13, 2019
Xəbər sayı: 3484978
Küveytli Quran yarışları hakimi xanım Bədriyə Həci Əbdəli İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışlarının qadınlar bölməsinin "ləhn" (səsin tonu) ixtisası üzrə beynəlxalq hakimidir.

Küveytli hakim: Əlil xanımların yarışları müstəqil keçirilsinİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytli Quran yarışları hakimi xanım Bədriyə Həci Əbdəli İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışlarının qadınlar bölməsinin "ləhn" (səsin tonu) ixtisası üzrə beynəlxalq hakimidir.

Küveytli Quran yarışları hakimi xanım Bədriyə Həci Əbdəli İQNA ilə müsahibəsində İran İslam Respublikasının beynəlxalq Quran yarışlarında iştirak etdiyinə xoşhal olduğunu bildirərək, bu yarışların çox gözəl səviyyədə keçirildiyini, iştirakçı sayının çoxluğunun və milliyyət müxtəlifliyinin heyranedici olduğunu dedi.

O qeyd etdiki, İran İslam Respublikasının Quran yarışları ilə Küveytin Quran yarışları arasında əsaslı fərq var. İran yarışları daha yaxşı metodla ixtisaslara bölünüb. "Sout və ləhn" (avaz və səs tonu), vəqf, ibtida və sair ixtisaslar üzrə gözəl təsnif edilib.     

Bədriyə Həci Əbdəli müsahibəsinin davamında qadınlar arasında iki nəfər görmə qüsurlu əlil xanımın da olduğuna işarə edərək dedi: Görmə qüsuru olanların da yarışlarda iştirak etməsi bəyənilən bir işdir. Bu, İran İslam Respublikası məsullarının cəmiyyətin xüsusi bit təbəqəsinə xüsusi diqqət ayırmasının göstəricisidir.

مسابقات قرآن بانوان روشندل، مستقل برگزار شود

Xanım Əbdəli vurğuladı: Əlillərin yarışlarda iştirak etməsi onların haqqıdır və bu haqqı onlardan kimsə ala bilməz. Amma əlillər fiziki baxımdan özləri kimilər ilə yarışlarda iştirak etməlidirlər. Onların da müstəqil yarışları olmalıdır ki, ədalətə riayət edilsin.

O əlavə etdi: Görmə qüsuru olanın gözü olmasa da qulağı eşidir və eşitmə qüvvəsi daha güclüdür. Onların görmə problemini də Brayl əlifbası ilə həll etmək olar. Onlar güclü hafizə və eşitmə qüvvəsi ilə Quranı düzgün qiraətlə əzbələyə bilirlər. Yarışlar üçün də bu qədəri kifayətdir.

Xatırladaq ki, İran İslam Respublikasının qadınlar arasında keçirilən 3-cü beynəlxalq Quran yarışları 26 ölkənin iştirakı ilə Aprel ayının 9-dan 12-dək keçirildi.   

http://iqna.ir/fa/news/3802861

captcha