IQNA

BMT: 24 milyon Yəmənlinin humanitar yardıma ehtiyacı var

0:10 - April 14, 2019
1
Xəbər sayı: 3484985
Yəmən dünyanın ən qədim mədəniyyət diyarıdır. Bu ölkədə 2015-ci ildə başlayan müharibə Yəmənin iqtisadiyyatı və infrastrukturuna ciddi zərərlər vurmuşdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "AA" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Qaçqınların İşi Üzrə Ali Komissarlığı dünən, həftənin Şənbə günü, 13 Aprel 2019-cu il, rəsmi sosial şəbəkə səhifəsində elan edib: 24 milyon Yəmənlinin təcili humanitar yardımlara ehtiyacı var. 3.3 milyon Yəmənli öz şəhər və kəndindən didərgin düşüblər. Uşaqların 25 faizi məktəb təhsilindən məhrumdurlar. Ölkənin Səhiyyə xidmətlərinin 49 faizi tamamilə sıradan çıxıb və təkcə 51 faizindən istifadə etmək mümkündür.  

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Qaçqınların İşi Üzrə Ali Komissarlığı vurğulayıb: Yəməndə başladılan müharibədən bir neçə il keçdikdən sonra bu ölkədəki böhran dünyanın ən pis insani faciə səhnəsinə çevirilmişdir. Ölkədə qaçqınların sayı 247 min nəfəri keçib.

Bəyaniyyədə deyilir: Yəmən dünyanın ən qədim mədəniyyət diyarıdır. Bu ölkədə 2015-ci ildə başlayan müharibə Yəmənin iqtisadiyyatı və infrastrukturuna ciddi zərərlər vurmuşdur.      

http://iqna.ir/fa/news/3803425

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Azer
0
0
Lənətə gəlmiş səud hakimiyyəti fəxr eləsin.Ətrafındakı müsəlman dövlətlərini qan gölünə çevirib.Və hələ də davam edir.İsrailin və amerikanın nökərləri səudlar
captcha