IQNA

Pakistanda partlayış: 9 ölü, 24 yaralı

14:50 - May 08, 2019
Xəbər sayı: 3485102
Pakistanın Lahur şəhərində ziyarətgahlardan birinin yaxınlığında partlayış baş verib, 9 nəfər ölüb, 24 nəfər yaralanıb.

IQNA, Maide.Az-a istinadla xəbər verir ki, partlayış  “Data Darbar” ziyarətgahı yaxınlığında baş verib. 

Lahur şəhər xilasetmə xidmətlərinin nümayəndəsi Məhəmməd Faruq bildirib ki, yaralılardan  ən azı yeddi-səkkiz nəfərin vəziyyəti ağırdır. 

“Data Darbar”  Sufilərin ən böyük ziyarətgahıdır.  Qeyd edək ki, 2010-cu ildə bu ziyarətgaha intiharçı hücum etmişdi və ən az 40 nəfəri öldürmüşdü. 

Lahur Pakistanın şərqində yerləşir və bu ölkənin ikinci ən böyük şəhəridir.

 

Teqlər: pakistan ، lahur ، partlayış ، iqna
captcha