IQNA

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

12:05 - June 11, 2019
Xəbər sayı: 3485310
Türkiyədə ölkənin ən böyük Qurani-Kərim kitabı təqdim edilib. 70 kq çəkiyə sahib müqəddəs kitab İstanbul şəhərinin Böyük Çamlıca məscidinin həyətinda nümayiş etdirilir.

İslamazeri.com-un “Islam Today”- ə istinadən verdiyi xəbərə əsasən, Türkiyədə ölkənin ən böyük Qurani-Kərim kitabı təqdim edilib.

70 kq çəkiyə sahib müqəddəs kitab İstanbul şəhərinin Böyük Çamlıca məscidinin həyətinda nümayiş etdirilir.

Həmin nüsxə 2 il ərzində ərsəyə gətirilib. Bu kitabın hündürlüyü 98 sm, eni isə 71 sm-dir.

Maraqlıdır ki, bu nüsxəni görmək üçün dünyanın hər bir yerindən insanlar adıçəkilən məscidə gəlir.

captcha