İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 30 Avqust 2019-cu il, sionist İsrail rejiminin silahlı qüvvələrinin əsgərləri Yəhudilərin dini bayramı keçirilir bəhanəsi ilə Qəzzanın qərb sahillərində yerləşən əl-Xəlil şəhərində Həzrət İbrahim (ə) hərəminin qapılarını bağlayıblar.
Bu barədə əl-Xəlil şəhərinin İslami Fondlar İdarəsinin ümumi əlaqələr şöbəsinin müdiri Raid Məsudə məlumat verib.
Yəhudi qəsəbə sakinləri müsəlman namazqılanları 24 saat ərzində keçirəcəkləri bayram mərasimində bu müqəddəs hərəmə buraxmayacaqlar. Sionist yəhudilər hərəmin həyətində çadır quraraq oturublar.
Qeyd edək ki, Həzrət İbrahim (ə) peyğəmbərin, xanımı Saranın, İsmayıl və İshaqın, Yəqub və Yusifin və digər mühüm şəxsiyyətlərin müqəddəs məzarlarının yerləşdiyi bu məkan Fələstində Əqsa məscidindən sonra ikinci ən mühüm İslami abidə hesab edilir.