ran Quran Xəbər Agentliyi (İQNA): Ərəb dilində olan “Səqafətuna” jurnalını yeni sayı 206 səhifə və ingilis dilində Resumedən ibarətdir.
“Qurani-Kərimin təfsir tarixinin tədqiqi və şərqşünasların bu sahədə gördüyü işlər” mövzusu çərçivəsində Liviya yazıçısı və alimi Heydər Həbibullah öz məqalələri ilə çıxış etmişdir .
Onu da qeyd etmək lazımdır ki, “Səqafətuna” jurnalının bir hissəsi “iqtisadi və mədəni cihad”, İslam düşüncəsinin müasir formasının dəyişikliyə uğraması”, “sionizm rejimində 100 il ərzində ərəb xətti nüsxələri”, “İran kitabxanaları”, “İslam milliləşdirmə hərəkatları” və s. mövzulara həsr olunmuşdur.
Bu məlumata əsasən, “Səqafətuna” jurnalının baş katibi Məhəmmədbağır Xorrəmşad və bu jurnalın məsul işçisi Mehdi Qolcandır.
Bu jurnalın nəşr olunmasında əsas məqsəd islam mədəniyyətinin beynəlxalq yazıçılarla tanışlığı və həqiqi islam millətinin düşüncə tərzini digər din nümayəndələrini göstərməkdir.
823060