IQNA

İQNA-nın ekspedisiya heyəti Livanın “Sərat” kanalı ilə görüşdü

15:06 - October 13, 2011
Xəbər sayı: 2204239
Beynəlxalq şöbə: İran Quran Xəbər Agentliyi (İQNA) və Cihad universitetinin rəhbərlərindən təşkil olunmuş ekspedisiya heyəti mehr ayının 19-u Livana səfərləri çərçivəsində beynəlxalq “Sərat” telekanalı ilə görüşdü.
İran Quran Xəbər Agentliyi (İQNA): İran Quran Xəbər Agentliyi (İQNA) və Cihad universitetinin rəhbərlərindən təşkil olunmuş ekspedisiya heyəti mehr ayının 19-u beynəlxalq “Sərat” telekanalının rəhbəri İbrahim Əl-rəzağət ilə görüşdü.
İran Quran Xəbər Agentliyinin rəhbəri Höccətülislam Seyyid Mehdi Təqəvi bu görüşdə şirkətin 8 illik qısa hesabatını açıqladı və onunla yanaşı digər xarici dillərin də fəaliyyətindən danışdı.
Bu görüşdə İqna ilə Sərat telekanalının bərabər fəaliyyətlərinin genişləndirilməsi və İranla Livan arasındakı dini, mədəni əlaqələrin inkişaf etdirilməsi qərara alındı.
İran Quran Xəbər Agentliyi (İQNA) və Cihad universitetinin rəhbərlərindən təşkil olunmuş ekspedisiya heyətinin məqsədi Livanda beş gün qalıb digər mədəni, Quran fəaliyyətləri təşkilatları ilə həmkarlıq etməkdir. 878287
captcha