IQNA

Kərbəlanın “İmam Qaim” mədrəsəsinə terrorist hücumu

15:29 - April 26, 2012
Xəbər sayı: 2312565
Beynəlxalq qrup: Aprelin 24-də Kərbəlanın İmam Qaim (ə) mədrəsəsinə terrorist hücumu baş verib.
İQNA xəbər agentliyinin verdiyi xəbərə görə, əl-Aləm şəbəkəsi Kərbəlanın “İmam Qaim” mədrəsəsində bir terror aktı baş verdiyini bildirib.
Bu gün səhər (24 aprel) “İmam Qaim” mədrəsəsində terroristlər tərəfindən partlayış baş verib və hadisədən dərhal sonra İraq təhlükəsizlik qüvvələri mədrəsəni mühasirəyə alıblar.
Hələki, hadisəni törədənlər və insan itkisi barədə heç bir məlumat verilməyib.
992656
captcha