IQNA

İİR-in Livandakı mədəni əlaqələr idarəsi yeni xəbər bülletenini yaydı

19:18 - May 05, 2012
Xəbər sayı: 2318878
Mədəniyyət və İncəsənət qrupu: İİR-in Livandakı mədəni əlaqələr idarəsi xəbər bülleteninin 84-cü sayını çap edərək yaydı.
İQNA xəbər agentliyinin İslami əlaqələr və mədəniyyət təşkilatı şöbəsinin verdiyi xəbərə görə bülletenin bu sayında Livandakı yeni nəşr olunmuş kitab və jurnallar haqqında – o cümlədən: Haydger və İslam təfəkkürü (ərəbcə), Səfalı vətən, Yer üçün şerlər, Əhli-Beyt (ə) və Müqavimət, Yadda qalan beyt və dünya şöhrətli şəxsiyyətlər, Fələstin şerində tədqiqat, Tərbiyə qanunları İmam Xaməneinin nəzərincə, qısa məlumat verilmişdir.
Bu yeni xəbər bülleteni Ayətullah Sistaninin müalicə üçün səfəri və Nəcəf gərginliklərindən də söz açmışdır.
Həmçinin "Mehdi" jurnalının 77-ci və "Müqaribat" jurnalının 17-ci sayının çap olunduğunu məlumat vermişdir.
1000226
captcha