IQNA

"ZƏMİR", Quranın birinci ayəsinin hifzindən başlayaraq onu hafizədə möhkəmləndirənədək Hafizlə yoldaşlıq edir və onu yarı yolda tək buraxmır

20:12 - May 13, 2012
Xəbər sayı: 2324937
QURAN ÜZRƏ FƏALİYYƏTLƏR QRUPU: "ZƏMİR" Quran hifzi təlimi proqramının yaradıcısı iddia edir ki, Quran hifzi üçün yeni avadanlıqlardan elə bir dəqiq proqram hazırlayıbdır ki, Quranın birinci ayəsinin hifzindən başlayaraq onu hafizədə möhkəmləndirənədək Hafizlə yoldaşlıq edir və onu yarı yolda tək buraxmır.
İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) verdiyi xəbərə görə hər hansı bir şeyi öyrənən üçün mürəbbi rolunu oynayan və öyrənməni asanlaşdıran hər bir vasitəyə Təlim Kömək Alətləri bağlaması (TKA) deyilir. Bu "TKA" bağlamaları hər biri xüsusi bir mövzuya aid olur və bu mövzunun sadə, asan və yaddaqalan şəkildə öyrənciyə intiqalına səbəb olur.
"ZƏMİR" Quran hifzi təlimi proqramının yaradıcısı - Mehdi Zarii, iddia edir ki, Quran hifzi üçün yeni avadanlıqlardan elə bir dəqiq proqram hazırlayıbdır ki, Quranın birinci ayəsinin hifzindən başlayaraq onu hafizədə möhkəmləndirənədək Hafizlə yoldaşlıq edir və onu yarı yolda tək buraxmır. Qiraəti təshih etmək, Quranın hifzi və hafizədə möhkəmləndirilməsi bu Quran təlimi proqramının xüsusiyyətlərindəndir. Bu proqramda hifz və hafizədə möhkəmlənmə işi eyni zamanda aparılır.
"ZƏMİR" Quran hifzi təlimi proqramının yaradıcısı - Mehdi Zarii, "ZƏMİR" proqramını birinci dəfə tanıtdırmaq üçün İQNA-nı (İRAN QURAN XƏBƏR AGENTLİYİ) seçdi. Zarii Fizika və Riyaziyyat mütəxəssisidir. O, sinifdə şagirdlərinin Quran dərslərində lazım olan surələri könə üsulla (ayələri təkrarlayaraq hifz etmək) hifz edə bilmədiklərini gördükdə belə bir proqramı hazırlamagı düşünür.
O deyir: Bu məsələ məni 5 il bundan öncə düşündürməyə başladı. Əvvəlcə müxtəlif yaddaşt kartlarında (MP3) müxtəlif tərtil qiraətləri hazırladım. Bu layihəni davam etdirdim və 1387-ci ildə (2008) sona çatdırdım. Yeni elektron avadanlıqlar bazara gəldikcə mən də bu proqramı kamilləşdirdim.
Zəmir Quran Təlimi köməkçi aləti 40 x 30 ölçüsündə bir proqramdır ki, elektron qələm, ayə yazılmamış bir kitab (Quran – Osman Taha xətti ilə), hafizə kartı və üç CD-dən ibarətdir. Bu proqram ağıllı şəkildə Quranı hifz etmək istəyənə lazım olan təklifləri verir və hifz mərhələlərini kontrol edir. Hafiz əvvəlki mərhələni hifz etməzsə proqram ona sonrakı mərhələyə keçmək icazəsi vermir.
Zarii dedi: Yeni layihələrimizdə 5 təsviri kitab hifz üçün nəzərdə tutulmuşdur ki, Quran hifzi siniflərində bunlardan istifadə olunacaq.
Bu ixtiraçı son söz olaraq dedi: Mən bu ixtiram üçün dövlət himasyəsi dalınca deyiləm. Bu proqram şəxsi büdcə ilə kompyuter mərkəzlərinə sifariş edilərək hazırlanmış və dünyada "Zəmir" şirkəti adı ilə satışa başlanmışdır.
1002341
Xəbər: Sadiqeyn
captcha