IQNA

"Müsəlman Tələbələrin Beynəlxalq Quran olimpiadası sentyabırın 12-də Təbrizdə keçiriləcək"

18:09 - May 19, 2012
Xəbər sayı: 2329257
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran olimpiadasının 14-cü turunun katibi – Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi, bu olimpiadanın hədəflərini açıqlayarkən dedi: "Bu olimpiada 2012-ci il sentyabr ayının 12-dən 16-dək Təbriz şəhərində keçiriləcəkdir".
Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi – İİR-in Tələbə Quran Fəaliyyətləri təşkilatının sədri və Müsəlman Tələbələrin Beynəlxalq Quran olimpiadasının 14-cü turunun katibi, İQNA (İRAN QURAN XƏBƏR AGENTLİYİ) ilə müsahibəsində bu olimpiadanın necə keçiriləcəyini izah edərkən deyib:
"Bu olimpiyada 2012-ci il sentyabr ayının 12-dən 16-dək Təbriz şəhərində keçiriləcəkdir".
O deyib: Bu olimpiyadanın açılışı İmam Sadiqin (ə) şəhadət günləri ilə eyni vaxta təsadüf etmişdir ki, bu da həqiqətdə O həzrətin (ə) zamanında şiə fiqhinin geniş şəkildə yayılması, o dövrün İslamın elmi və fiqhi təzahürünün qüdrətlənməsidir ki, bu dövrün nəticəsində İslam elmləri müxtəlif sahələrdə geniş inkişaf edtdi.
Elmlərin keyfiyyət və kəmiyyət baxımından çoxalması və yayılması və Qurandan müxtəlif elmlərin çıxarılması İmam Sadiqin (ə) zamanında həyata keçdi. Buna görə də istəyirik ki, bu günlərdən tələbələr üçün örnək dərsi olsun. Və bu mesaj tələbələrə matdırılsın ki, Quran sırf qiraət və hifz kitabı deyildir. Bəlkə bu işlər Qurandan düzgün istifadə üçün bir başlanğıcdır.
O xatırlatdı ki, bundan öncə bu cür olimpiyadalar Nəcəfdə (İslam dünyasının mədəni paytaxtı) və İsfahanda da(İİR-in mədəni paytaxtı) keçirilmişdir.
Bu dəfə də Təbrizlilər bu olimpiyadanın Təbrizdə keçirilməsini istəməsi və həmçinin İraq dövləti tərəfindən olimpiyadanın Nəcəfdə keçirilməsi üçün addım atmamasını nəzərə alıb Təbrizi seçdik.
Təqəvi dedi: İraq dövlətinin məsulları ilə məşvərətlər edirik ki, olimpiyada iştirakçılarını xüsusi bir proqram çərçivəsində Nəcəfin mədəni zənginliklərini iştirakçılara tanıtdırmaq üçün Nəcəf şəhərinə aparaq.
Biz müsabiqənin keçirilmə planlarını müzakirə etmək üçün yaxın günlərdə Ayətullah Şəbistəri (Təbrizin İmam Cüməsi) ilə də görüş keçirəcəyik.
Olilmpiyadanın hakimlər heyəti İrandan və xaricdən olacaqdır.
Xaricdən olan olimpiyada iştirakçıları müxtəlif müəssisələr tərəfindən seçilib yarışa dəvət olunacaqlar.
O sonda dedi: Müsəlman Tələbələrin Beynəlxalq Quran olimpiyadası vəhdət sayəsində hərəkət rəmzidir.
1005872
captcha