IQNA

Zühur əsrində müsbət rol ifa etmək üçün əvvəlcə özümüzü islah etməliyik

18:08 - July 05, 2012
Xəbər sayı: 2361557
Təfəkkür qrupu: Ayətullah Məkarim Şirazinin 8-ci Beynəlxalq “Mehdiçilik Doktirinası” toplantısına göndərdiyi ismarıcda deyilir: “Biz Allaha inanlar, xüsusilə də şiələr dünyanın gələcəyini işıqlı görürük... və möhkəm addımlarla bu işıqlı gələcəyə doğru gedirik. Özümüzü və digərlərini islah etməyə çalışırıq ki, intizarında olduğumuz işıqlı gələcək üçün müsbət bir addım atmış olaq”.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məkarim Şirazinin 8-ci Beynəlxalq “Mehdiçilik Doktirinası” toplantısına göndərdiyi ismarıc bu toplantının İİR-in Tele-Radio şirkətlər birliyinin konfrans zalında keçirilən açılış mərasimində (5 iyul) Höccətul-İslam vəl-müslimin Seyid Məsud Pur Seyid Aqayi – İşıqlı gəlcək müəssisəsinin rəisi və toplantının katibi, tərəfindən qiraət olundu.
Bu ismarıcın məzmunu belədir:
“Bismillahir-rəhmanir-rəhim... Şəban ayının 15-i İmam Mehdi (ə.c) və Mehdiçilk barədə məsələləri öyrənmək və O həzrətlə beyəti təzələmək üçün yaxşı bir fürsətdir.
Bizim və Maddiçilərin (Matirialistlər) əsas fərqlərindən biri də budur ki, onlar dünyanın gələcəyini qaranlıq və qorxulu görürlər. Bunun üçün də hər gün müxtəlif silahlar ixtira edir və dünyanın məhdud və tez bir zamanda tükənəcək mənfəti uğurunda bir-birini qırırlar.
Amma biz, Allaha inanlar, xüsusilə də şiələr, dünyanın gələcəyini işiqlı görürük. Ədalət, səmimiyyət, mehribançılıq, sülh və səfa, iman və əxlaqın hakimiyyət etdiyi bir dünya. Buna görə də dünyanın gələcəyinə ümid bəsləyir və gələcəkdən qorxmuruq. Bəlkə möhkəm addımlarla bu işıqlı gələcəyə doğru gedirik. Özümüzü və digərlərini islah etməyə çalışırıq ki, intizarında olduğumuz işıqlı gələcək üçün müsbət bir addım atmış olaq.
Xarici bir alim deyir: Şiə məzhəbi həmişə diri, fəal və inkişafdadır. Çünki bir rəhbərə ürək bağlamışdır ki, O diri və hazırdır. Şiə bu rəhbərin zühur və onun dünyanı islah edəcəyinə kamilən inanır.
Ümidvaram siz əzizlərim düşmənin töhmət, yalan və iftiralı şübhələrinin qarşısında möhkəm dayanacaq və özünüz və cavanlarını inandıracaqsınız ki, İmam Zaman (ə.c) sizin dost və köməkçinizdir.
Allahın salam və salavatı İmam Zamanın (ə.c) ənsarlarına və əsgərlərinə olsun. İnşaallah ki, İmam Zaman (ə.c) sizlərə inayət edəcəkdir”.
Vəssəlamu ələykum və rəhmətullah və bərəkatuh.
Nasir Məkarim Şirazi
4.07.2012
10456686
captcha