IQNA

Ali Dini Lider Ayətullah Xaməneinin nitqləri məcmuəsi kitabı İtaliyan dilinə tərcümə və çap edildi

12:09 - August 20, 2012
Xəbər sayı: 2396159
Beynəlxalq qrup: İtaliyanın İmam Mehdi (ə.c) müəssisəsi Qüds günü münasibəti ilə Ali Dini Lider Ayətullah Xaməneinin Qüds və Fələstin haqqında çıxış və nitqləri məcmuəsi kitabını İtaliyan dilinə tərcümə və çap etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu il İtaliyanın İmam Mehdi (ə.c) müəssisəsi Qüds günü münasibəti ilə Ali Dini Lider Ayətullah Xaməneinin Qüds və Fələstin haqqında çıxış və nitqləri məcmuəsi kitabını İtaliyan dilinə tərcümə və çap etdi. Kitab "Fələstin, Tarix, Mənəviyyət və Müqavimət" adı ilə çap edilmişdir. Kitabda Ali Dini Lider və İİR İslam İnqilabının rəhbəri Ayətullah Xaməneinin və Seyid Həsən Nəsrullahın – Livan Hizbullah hərəkatının baş katibi, Fələstin və Qüds haqqında çıxış və nitqləri, Fələstinin müasir tarixi və Qüdsün mənəvi əhəmiyyəti haqqında yazılar dərc olunmuşdur.
Qeyd edək ki, belə bir kitabın İtaliyan dilinə tərcümə və çap edilməsi ilk dəfədir baş verir.
1081733
captcha