IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun proqramları bu gün açıqlanacaq

10:46 - September 05, 2012
Xəbər sayı: 2405547
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun proqramları bu gün sentyabr ayının 5-də Təbriz şəhərinin meri və "Cihade Daneşgahi" təşkilatının rəsinin iştirakı ilə keçiriləcək xəbər konfransında açıqlanacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun proqramları bu gün sentyabr ayının 5-də İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının ofisində keçiriləcək xəbər konfransında açıqlanacaq.
Bu xəbər konfransında Məhəmməd Hüseyn Yadigari – "Cihade Daneşgahi" təşkilatının rəisi, Əlirza Novin – Təbrizin meri, Əlirza Zücaci - "Cihade Daneşgahi" təşkilatının mədəniyyət müavini, Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi - İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının rəisi və bu turun dəbiri, bu turun proqramlarını açıqlayacaq və jurnalistlərin suallarına cavab verəcəklər.
Bu konfrans xəbəri saat 11-dən 13-dək İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının ofisində keçiriləcək. Həmçinin bu konfransda Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun pusterinin də açılışı olacaq.
Xatırlada ki, Müsəlman Tələbələrin Quran yarışlarının 4-cü turunda 50-dən çox ölkədən hifz və qiraət üzrə yarışçılar iştirak edəcəklər.
İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının ofisi Tehran, İnqilab xiyabanı, Vüsal Şirazi xiyabanı, Qərbi Bozorgmehr xiyabanı, P85-də yerləşir.
1090695
captcha