IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun mətbuat konfransı

Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunda 52 ölkədən 80 yarışçı iştirak edəcək

10:39 - September 07, 2012
Xəbər sayı: 2406523
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turu katibinin müavini bu turun proqramlarını açıqlayaraq dedi: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunda 52 ölkədən 80 yarışçı və 100-dən artıq xarici qonaq iştirak edəcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun mətbuat konfransı bu gün sentyabr ayının 5-də İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının ofisində keçirildi.
Bu xəbər konfransında Məhəmməd Hüseyn Yadigari – "Cihade Daneşgahi" təşkilatının rəisi, Əlirza Novin – Təbrizin meri, Əlirza Zücaci - "Cihade Daneşgahi" təşkilatının mədəniyyət müavini, Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi - İranın Tələbə Quran Fəaliyyətləri təşkilatının rəisi və bu turun dəbiri, bu turun proqramlarını açıqladılar və jurnalistlərin suallarına cavab verdilər.
Həmçinin bu konfransda Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun pusterinin də açılışı oldu.
Bu konfransda Mahmud Musəvi - Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turu katibinin müavini, bu turun proqramlarını açıqlayaraq dedi: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışları hər iki ildə bir dəfə keçirilir. Bu yarışların 3-cü turundə 43 ölkədən iştirakçı var idi.
İranlı iştirakçıların seçim yarışları dünən (4 sentyabr) keçirildi ki, Əbuzər Kərəmi hifz və Məcid Fəqih qiraət sahəsində seçildilər və Təbrizdəki yarışlara qatılacaqlar.
Təbrizdə bu yarışlar üçün 20 məscid və min nəfərlik salon tədarük görülmüşdür.
Müsabiqə Şərqi Azərbaycan kanalı, PressTv, Quran və Maarif kanalı, Quran radiyosu və müxtəlif KİV-lər vasitəsi ilə yayınlanacaqdır.
Bu müsabiqənin rəsmi saytı "Quran.ir" bu gündən fəaliyyətə başlamışdır.
1092370
captcha