IQNA

Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışları / Quran nəğməsinin sədası Milad qülləsindən ucalırdı

9:24 - September 10, 2012
Xəbər sayı: 2408541
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışları Tehranın Milad qülləsinin beynəlxalq toplantılar zalında keçirildi. Bu dəfə iştirak edən ölkələrin sayı və yarışın keçirlmə keyfiyyəti baxımından yaxşı inkişaf etmişdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu dəfə həm də iki ildən sonra Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışlarında Quran nəğməsinin sədası dünyanın 4-cü uca qülləsi sayılan Milad qülləsindən ucalırdı.
Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışları payız fəslinin 2-ci ayında keçirildi. Bu dövrə də Rəhim Xaki – Yarışın katibi, İİR-in Tələbə Quran Fəaliyyətləri təşkilatının rəisi və İQNA-nın o zamankı icraçı müdiri bu yarışların keçirilməsini üzərlərinə götürmüşdülər.
Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışları 40 ölkənin iştirakı ilə keçirildi. Bundan öncə isə 28 ölkənin iştirakı ilə keçirilmişdi. Bu dəfə keyfiyyət və say cəhətindən öncəki dövrəyə nisbət yarışların səthi arzu olunan həddə idi.
Bu dövrədə 17 iranlı və xarici hakim iştirak edirdi ki, bunlardan 7 xarici idi.
Müsəlman Tələbələrin II Beynəlxalq Quran yarışları 1387-ci ilin Aban ayının 20-də (10 noyabr 2008) saat 18:30-da işə başladı. Yarış Ayətullah Haşimi Şahrudi – o zamankı Ali Baç Məhkəmənin rəisi, və Həmid Rza Təyyibinin – "Cehade Daneşqahi"nin o zaman rəisi, çıxışı ilə başladı.
Sonra isə Əbdüləziz bin Osman Ət-Tüvəycirinin – İslami mədəniyyət, elm və təlim təşkilatının rəisi, yarışlara ismarıcı Əbbas Sədrinin vasitəsi ilə ingilis və ərəb dillərində qiraət olundu.
Bu dövrədə Ayətullah Təsxiri – Məzhəblərin yaxınlaşdırılması təşkilatının baş katibi, Ustad Əbuləynəyn Şüəyşə - Misir qarilərinin şeyxi, Səqqaiyan Nəjad – İsfahanın icra hakimi, Mürtəza Bəşiri, Hadi Zakiri, Rza Əmini və Əsğər Azərbaycani təltif olundular.
Bu dövrədə 40 iştirakçı ölkə yarışanları arasında İran iştirakçısı İranlı oldu. Məhəmməd Həsən Müvəhhidi və Seyid Mehdi Hüseyni qiraət və hifzdə birinci yeri tutdular. Və birinci yerin 8 min dollarlıq mükafatını qazandılar.
Misir və İndoneziya ikinci yeri və Əfqanıstan 3-cü yeri qazandılar. Onlar 6400 dollarlıq "Azadi Bahar" qızıl sikkəsini qazandılar.
Ardı var ...

1093812
captcha