IQNA

Quranın İnsan haqlarını bəyan edən ayələri Qərbin İslam haqqında yalanlarını ifşa edir

17:43 - September 12, 2012
Xəbər sayı: 2410268
Siyasi qrup: Qurani-Kərimdə İnsan haqlarını və onun ülvi məqamını açıqlayan ayələr göstərir ki, İslam bütün sahələrdə insan hüquqlarına diqqət yetirmişdir. Buna görə də lazımdır ki, bu cür ayələri tam çalışqanlıqla ümumi və kütləvi informasiya vasitələrində (KİV) yayaq ki, Qərbin İslam haqqında yalanları dünyada ayaq tutub yeriyə bilməsin və dünyaya İslamı insan hüquqlarına zidd olan bir din kimi tanıtdıra bilməsin.
İnsan haqları məsələsi hegomonların dünyanı idarə etmək üçün ortaya atdıqları oyun categoriyalarından biridir. Onlar bu məsələni bəhanə edərək müxtəlif ölkələrə istədikləri kimi hücum edir, onları qorxudur və bu ölkələrdən öz məqsədlərini və siyasətlərini həyata keçirtmək üçün istifadə edirlər.
Hegomon və qüdrəttələb dövlətlər kiçik və zəif dövlətləri qorxutmaq və onlara hücum etməkdən əlavə bu "oyuncaq"dan onlara lazım olmayan dinləri korlamaq üçün də istifadə edirlər.
Qərb və ABŞ "insan haqları" oyun topunu fırlatmaq üçün yaratdıqları 11 sentyabr hadisələrindən sonra İslamı hədəf alaraq onun insan haqlarına zidd din olduğunu göstərmək istəyirlər. Bunun üçün isə dünyada yiyiləndikləri bütün KİV-lərdən tam gücləri ilə istifadə edirlər. Onlar İslam dinini anti-insan haqları din kimi göstərmək üçün film, serial, şəkil, puster, musiqi, sayt və başqa vasitələrdən istifadə edirlər.
Amma təəssüflər olsun ki, müsəlmanlar öz dini maariflərini bilməkdə, KİV-dən istifadə fəaliyyətlərində zəif olduqları və KİV-in gücünə inanmadıqları üçün özləri də şübhəyə düşür və bəzən Qərbin bəzədilib göyçəkləşdirilmiş yalanlarına inanırlar. Buna görə də öz dinlərində belə şübhəyə düçar olurlar. Lakin onlar Qurani-Kərimin insanın məqamə haqqındakı ayələrə ötəri bir nəzər salsalar anlayarlar ki, İslam insana necə yüksək bir dəyər vermişdir.
Biz burada qısa olaraq belə ayələrədən bir-neçə ayəyə işarə edəcəyik ki, bu ayələrdə insanın İslamdakı üvli məqamı, yaşamaq haqqı, malikiyyət haqqı, insanlıq kəramətindən və məqamından istifadə haqqı, ədalətin icrası, müsavat və irqi ayrı-seçkiliyin olmaması haqqı kimi hüquqlara işarə olunmuşdur.

1. ولاتقتلوا النفس التى حرّم الله إلاّ بالحقّ

Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. (Ənam/151)

2. یَا أَیُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَیْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلاَ تَقْتُلُواْ أَنفُسَكُمْ إِنَّ اللّهَ كَانَ بِكُمْ رَحِيمً

Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. (Nisa/29)

3. يا أَیُّهَا النَّاسُ إِنَّا خَلَقْناكُمْ مِنْ ذَكَرٍ وَ أُنْثى‏ وَ جَعَلْناكُمْ شُعُوباً وَ قَبائِلَ لِتَعارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ (حجرات/13) – حق مساوات و عدم تبعيض

Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır. (Hücurat/13)

4. وَلَقَدْ كَرَّمْنَا بَنِی آدَمَ وَحَمَلْنَاهُمْ فِی الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّیِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا (اسراء/70) – حق قرخورداری از كرامت انسانی

Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik. (İsra/70)

5. كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً (بقره، 213) - حق برابری و مساوات

(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir. (Bəqərə/213)

6. إِنَّ الَّذِينَ یَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِی الدُّنْیَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ (نور23) – حق برخورداری از آبرو و حيثيت انسانی

Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır. (Nur/23)

7. إِنَّا هَدَیْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا – (انسان/3) - حق اتنخاب

Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor. (İnsan/3)

8. وَإِذَا حَكَمْتُم بَیْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا یَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا (نساء/58) - حق برخورداری از عدالت

Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir. (Nisa/58)

9. و لا تَبْخَسُوا النَّاسَ أَشْياءَهُم (اعراف/85) – حق عدم ظلم و ستم

Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır. (Əraf/85)

Təkcə bu ayələr kifayətdir ki, ağıl və elm sahibləri İslamın insana necə dəyər verdiyi və insan hüquqlarını necə qoruduğunu anlasın. İnsan bu kimi ayələri tilavət edərkən anlayır ki, insan necə də yüksək mənəvi və maddi hüquqlar malik imiş və Allah yanənda insanın necə bir dəyəri vardır. Buna görə də müsəlmanar həqiqi İslam maarifini KİV-dən istifadə edərək bütün dünyaya çatdırmaq və Qərbin ağ yalanını ifşa etmək üçün bütün səyi ilə çalışmalıdır ki, qərb öz yalanlarını gözəl rəngə boyayaraq insanlara sata bilməsin.
Mehdi Müxbiri
1095451
captcha