IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışları İslam dünyasının abrı və vəhabi şübhələrinin cavabıdır

9:14 - September 14, 2012
Xəbər sayı: 2410861
Quran üzrə fəaliyyətlər qrupu: Şərqi Azərbaycan əyalətində Vəliyyi Fəqihin nümayəndəsi "Cihede Daneşgahi"nin məsulları və Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun keçirlmə şurasının üzvləri ilə görüşündə dedi: " Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışları İslam dünyasının abrı və vəhabi şübhələrinin cavabıdır".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə "Cihede Daneşgahi"nin məsulları və Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun keçirlmə şurasının üzvləri Şərqi Azərbaycan əyalətində Vəliyyi Fəqihin nümayəndəsi və Təbriz şəhərinin İmam Cüməsi cənab Ayətullah Müctəhid Şəbüstəri və Təbrizin meri Əlirza Növin ilə görüşüblər.
Bu görüşdə "Cihede Daneşgahi"nin rəisi və Mədəni İnqilab Ali şurasının üzvi Məhəmmədhüseyn Yadigar, "Cihede Daneşgahi"nin mədəni işlər müavini Zücaci, Tələbə Quran fəaliyyətləri təşkilatının sədri İQNA-nın müdiri Seyid Mehdi Təqəvi, Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun müdiri Məhmud Musəvi və digərləri iştirak ediblər.
Görüşdə əvvəlcə "Cihede Daneşgahi"nin rəisi və Mədəni İnqilab Ali şurasının üzvi Məhəmmədhüseyn Yadigar tərəfindən "Cihade daneşgahi"nin Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun haqqında məruzə edilərək deyilib:
"Cihede Daneşgahi" təşkilatı 1359-cu (1980) ildən yaradılıb. Əsas hədəfi universitetlərin Quran və mədəni fəaliyyətlərinin düzgün proqramlaşdırılması və nəzarət olub. Keçən 32 il ərzində müxtəlif layihələr həyata keçirib. Bunlardan biri İQNA xəbər agentliyidir ki, hal-hazırda 40 dildə fəaliyyət göstərir.
Bu yarışlar sentyabr ayının 12-dən 16-dək Təbriz şəhərində 50-dən çox ölkənin iştirakı ilə keçiriləckdir. Bu yarış ərəfəsində Cəfər Sübhaninin "İmamiyyənin əqidəsi" kitabı Təbrizdə paylanacaqdır.
Görüşün sonunda Şərqi Azərbaycan əyalətində Vəliyyi Fəqihin nümayəndəsi, Xübrəgan məclisinin üzvi və Təbriz şəhərinin İmam Cüməsi cənab Ayətullah Müctəhid Şəbüstəri çıxış zamanı dedi: "Cihade Daneşgahi İranın Mədəni və Elmi bünövrəsini təşkil edir... Ən yaxşı mədəniyyət Quran mədəniyyətidir. Quran 4 yerdə tədəbbür, 8 yerdə təfəkkür və 49 yerdə elmə dəvət etmişdir.
Bizi müttəhəm edənlər bilsinlər ki, biz Quranı sevir və ona dəyər veririk. Quran bizim həyatımızdır. Ümid edirəm ki, bu yarışlar İslam dünyasının abrı və vəhabilərin cavabı olacaqdır. Biz bu yarışların Təbrizdə keçirilməsi ilə iftixar edirik.
1057714
captcha