İQNA-nın Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turuna ezam olunmuş müxbirinin verdiyi xəbərə görə bu mərasim Quran tilavəti və İran İslam respublikasının himninin oxunuşu ilə başladı. Davmında Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi - Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun icraçı katibi, bu müsabiqənin gedişatı haqqında məruzə etdi.
Yekun mərasimində İSESCO-nun ismarıcı oxunub, Məhəmmədhüseyn Yadigarı – Cihad Daneşqahinin rəisi və Əlirza Növin - Təbrizin meri, çıxış ediblər, Hakimlərin bəyaniyyəsi quraət edilib. Sonra ötən ilki müsabiqənin icraçıları mükafatlandırılıb.
Sonra qaliblərin mükaftaı verilib, Ustad Tarutinin qiraəti yayımlanıb və mərasim dini nəğmələr oxunaraq sona yetib.
Qeyd edək ki, Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turu senytabr ayının 11-dən 15-dək İranın Quran fəaliyyətləri təşkilatı tərəfindən 52 ölkənin iştirakı ilə Təbrizdə keçirildi.
1098350