IQNA

Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin (r.ə) vəfatının ildönümündə Nəcəf-Əşrəfdə xatirə mərasimi

0:09 - February 10, 2013
Xəbər sayı: 2494103
Beynəlxalq qrup: Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin (r.ə) vəfatının ildönümündə dünən (8 fevral 2013) Nəcəf-Əşrəf şəhərinin "Hindi" Came məscidində xatirə mərasimi keçirildi.
İQNA-nın "BURASA" xəbər agentliyinə istinadən verdiyi xəbər görə bu mərasim Nəcəf Elmi-Dini Hövzəsinin ustad və tələbələrinin və həmçinin İraqın nüfuzlu şəxsiyyətləri və tayfa başçılarının iştirakı ilə keçirilmişdir.
İmam Seyid Möhsün Həkim həmişə İraq xalqının milli və məzhəbi hüquqlarını məzhəblər və dinlər arasında fərq qoymadandan müdafiə etmişdir. O, azadlıq hərəkatı təşkilatlarında üzv olmuşdur. O, Fələstinli qardaşlarının və Qüdsün azadlığı uğurunda fəaliyyətlər göstərmişdir.
Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim Ayətullah Üzma Seyid Mehdi Həkimin – Livanın "Bint Cübeyl" şəhərinin şiələrinin dini mərcəi, oğlu idi.
Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim 1306-cı hicri-qəməri ilində müqəddəs Nəcəf şəhərində anadan olmuşdur.
Ayətullah Üzma Seyid Hüseyn Burucerdinin vəfatından sonra 1340-cı hicri-qəməri ilində Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim bütün dünya şiələrinin mərcəi təqlidi olaraq seçildi.
Həkim ailəsi İraqın Ali Məclisini təsis etmişlər. Məhəmmədbaqir Həkim və Əbdüləziz Həkim (Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin oğlanları) bu məclisin keçmiş rəisləri olublar. Əmmar Həkim (Əbdüləziz Həkimin oğlu) İraqın indiki Ali Məclisinin rəisidir.
Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim 1390-cı hicri – qəməri ilinin Rəbiul-əvvəl ayının 27-də 84 yaşında ikən dünyasını dəyişmişdir.

1185739
captcha