IQNA

Suriya Vəqflər Naziri:

Ərəbistanın yəmənli və suriyalı hacıların qarşısını alması tarixdə görünməmiş bir cinayətdir

8:23 - September 21, 2015
Xəbər sayı: 3365594
Beynəlxalq şöbə: Məhəmməd Əbdüs-Səttar əs-Seyyid – Suriyanın Vəqflər Naziri, səudiyyə ərəbistanı rejiminin suriyalı və yəmənli hacıların bu ilin Həcc ayinlərində iştirak etmələrinin qarşısını alması tarixdə oxşarı olmayan və görünməyən bir cinayət hesab etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "SANA"-ya (Suriyanın rəsmi xəbər agentliyi) istinadən verdiyi xəbərə görə, Məhəmməd Əbdüs-Səttar əs-Seyyid – Suriyanın Vəqflər Naziri, həfətnin şənbə günü, 19 Sentyabr 2015-ci il tarixində, Suriyanın Tərtus şəhərində 100 nəfər "Quran Hafizi"nin təltifi və dəyərləndirilməsi mərasimində çıxışında dedi: Səudiyyə ərəbistanı rejiminin işğalçı israil rejiminin əl-Əqsa məscidinə hücumları gücləndirdiyi bir zamanda suriyalı və yəmənli hacıların bu ilin Həcc ayinlərində iştirak etmələrinin qarşısını alması tarixdə oxşarı olmayan və görünməyən bir cinayətdir.



O dedi: Quran fəaliyyətlərini davam etdirmək, Quran hafizlərini tərbiyə etmək və həmçinin dini dialoqun genişləndirilməsi isbat edir ki, İslam elm, təfəkkür və düşüncə dinidir, terrorizm və təkfir dini deyil!



Suriyanın Vəqflər Naziri vurğuladı: Biz, İslam peyğəmbərinin (s) sünnətinə, dini təlim və maariflərə uymalı və əməl etməliyik, amma Onun (s) zamanına qayıtmalı deyilik!  



Suriyanın Tərtus şəhərinin Vəqflər idarəsi Suriyanın "əl-Əsəd" adına "Quran-Kərimin Hifzi Müəssisəsi"nin məzunlarından olan 100 nəfər Quran-Kərim hafizini "Xədicə məscidi"ndə "Həmat" və "Tərtus"un meri və Vəqflər idarəsinin məsullarının iştirakı ilə keçirilən mərasimdə təclil və təltif edərək dəyərləndirdi.



Qeyd edək ki, "Əl-Əsəd" adına 13 "Quran-Kərimin Hifzi Müəssisəsi" fəaliyyət göstərir.  



3365249

Teqlər: suriya ، quran ، hifz ، həcc
captcha