Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a
istinadla xəbər verir ki, beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,
UNİCEF ötən gün bəyanat yayaraq bildirib ki, 2015-2016-cı illər
ərzində 200 min kimsəsiz uşaq beynəlxalq sərhədləri keçərək dünyanın 80
ölkəsindən sığınacaq istəyib.
Bəyanatda bildirilir ki, bundan başqa Amerika və Mekzika sərhədlərini keçən əlavə 100 min kimsəsiz uşaq qeydiyyata alınıb.
Ümumilikdə 300 min nəfərlik kimsəsiz uşağın statistikası göstərir ki, 2010-cu illə müqayisədə sərhədləri keçən kimsəsiz uşaqların sayı 5 dəfə artıb. 2010-cu ildə bu rəqəm 66 min nəfər təşkil edib.
UNİCEF xəbərdarlıq edib ki, yoxsulluq və zorakılığa görə öz ölkələrindən didərgin düşən bu uşaqların əksəriyyətindən sui-istifadə olunur və insan alveri qurbanını çevrilirlər.
UNİCEF elan edib ki, 2015-2016-cı illər ərzində Avropa ölkərindən 70 min kimsəsiz uşaq sığınacaq istəyib.
UNİCEF-in məlumatına görə, 2016-cı ildə Şimali Afrika və İtaliya arasında hərəkət marşrutu üzrə ölənlərin sayı çoxluq təşkil edir. Bu marşrut üzrə ötən il 4579 nəfər həyatın itirib ki, onlardan 700 nəfəri uşaqdır.