IQNA

Bəhreynin Əl-Vifaq cəmiyyəti Şeyx İsa Qasımı himayə üzrə bir bəyanat yayıb

11:46 - June 18, 2017
Xəbər sayı: 3481768
Bəhreynin Əl-Vifaq cəmiyyəti tanınmış ruhani Şeyx İsa Qasımın mənzilinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasına etiraz olaraq, bir bəyanat yayıb.

Bəhreynin Əl-Vifaq cəmiyyəti Şeyx İsa Qasımı himayə üzrə bir bəyanat yayıb

Sahartv-nin məlumatına görə, Bəhreynin Əl-Vifaq cəmiyyəti tanınmış ruhani Şeyx İsa Qasımın mənzilinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasına etiraz olaraq, bir bəyanat yayıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vəziyyətin daha da ağırlaşmasına səbəb olduğunu bildirib.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əd-Diraz məntəqəsinə hücum edərək, Şeyx İsa Qasımın mənzili ətrafında dinc aksiya keçirməklə məşğul olan insanlara qarşı həddən artıq güc tətbiq edib, 6 nəfəri şəhid edib, 200 nəfəri yaralayıb təqribən 300 nəfəri isə həbs ediblər. Bəhreynin təhlükəsizlik qüvvələri ABŞ və Ərəbistanın himayəsi altında Şeyx İsa Qasımın mənzilini mühasirəyə alıblar.

Bəhreynin Əl-Vifaq cəmiyyəti öz bəyanatında Şeyx İsa Qasımın mənzilinin mühasirəyə alınması nəticəsində Şeyxin müalicə prosesində fasilənin yaranmasına işarə edərək, bildirb ki, demokratiya, azadlıq və insan haqları müdafiəsi istiqamətində fəaliyyət göstərən insanlar ilə bu kimi rəftarın edilməsi ölkədə böhranın şiddətlənməsinə səbəb ola bilər.

Əl-Vifaq cəmiyyəti BMT-nn insan haqları üzrə ali komissarlığının insan haqlarının müdafiəsindəki roluna təkid edərək, deyib: Ali-Xəlifə rejiminə insan haqları ilə bağlı təzyiqlər göstərilməlidir.

captcha