IQNA

Sionist rejim Beytulmuqəddəsə heç bir mülkiyyətə malik deyil

11:49 - July 05, 2017
Xəbər sayı: 3481833
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO vurğulayıb ki, İsrail rejimi Beytulmuqəddəsə heç bir mülkiyyətə malik deyil.

Sionist rejim Beytulmuqəddəsə heç bir mülkiyyətə malik deyil

YUNESKO dünən gecə bir qətnamədə vurğulayıb ki, İsrail rejimi Beytulmuqəddəsə heç bir mülkiyyətə malik deyil. Bu təşkilat sionist rejimin işğal olunmuş Qüdsdəki qazıntılarını pisləyibdir.

Müqəddəs Qüds şəhəri 1967-ci ildən sionist rejimin işğalı altındadır.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO mayın ikisində də bir qətnamə qəbul edərək, Qüdsdə və Qəzzə zolağında beynəlxalq qanunları pozduğuna görə, sionist rejimi pisləyərək, bu rejimi işğalçı qüvvə adlandırmışdı.

YUNESKO həmçinin ötən il yəhudiliyin Qüdsdəki müqəddəs məkanlarla əlaqələrini şübhə altına almış və bununla, sionist rejimin hiddətinə səbəb olmuşdu.

Sionist rejim YUNESKO-nun ötənilki qətnaməsinə reaksiyada BMT-nin bu təşkilatı ilə həmkarlığını dayandırdı.

Sionist rejim 20-ci əsrin sonlarından Məsciduləqsa-nı dağıtmaq və Süleyman məbədini tikmək üçün müxtəlif layihələri öz iş gündəminə daxil edib. Bu rejim Məsciduləqsa-nı dağıtmaq üçün müxtəlif məqsədlər güdür ki, onların ən mühümlərindən biri, Fələstində ən mühüm islami binanı uçurtmaqdır.

Sahartv

captcha