İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Myanma ordusu ölkənin şimal-şərqində yerləşən və müsəlmanların sıxlıqda yaşadığı Arakan bölgəsinə çox sayda əsgər göndərir.
Birləşmiş Millətlər Təşkilatının Myanmada İnsan Haqları üzrə xüsusi məruzəçisi Yanqhi Li, BMT-nin bu mövzuyu müsbət qarşılamadığını bildirib.
Arakan bölgəsinə əsgərlərin göndərilməsini tənqid eden Yanqhi Li, söyləyib ki, bu qərarla vəziyyət daha da qarışıq bir hala gələ bilər. Myanmanın apardığı bu siyasətdən nigaranıq.
Myanma müsəlmanları, BMT tərəfindən dünyanın ən çox zülm görən milləti olaraq qeyd edilir.