IQNA

Hindistan yenidən ruhingiyalı müsəlmanların ölkədən çıxmasını tələb etdi

7:58 - August 15, 2017
Xəbər sayı: 3481970
Hindistan dövləti, dünən, həftənin birinci günü, 14 Avqust 2017-ci il, yenidən ruhingiyalı müsəlman mühacirlərin bu ölkədə olmasını qanunsuz elan edərək, Myanmara qayıtmalarını tələb etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistan dövləti, dünən, həftənin birinci günü, 14 Avqust 2017-ci il tarixində, yenidən ruhingiyalı müsəlman mühacirlərin bu ölkədə olmasını qanunsuz elan edərək, Myanmara qayıtmalarını tələb etdi və onların öz ölkələrinə təhvil veriləcəyini vurğuladı.

"Scroll" xəbər və informasiya portalının yaydığı məlumatda deyilir ki, "Yeni Dehli" bu xəbəri elan edərək əlavə etdi: Hindistana öz ölkələrindən qaçqın düşərək sığınacaq üçün gəlmiş 40 min ruhingiyalı müsəlman bu ölkədə qeyri-qanuni yaşayırlar və onlar və hətta BMT-nin qaçqınları işi üzrə ali komisarlığı (UNHCR) tərəfindən qeydiyyatdan keçmiş miyanmarlı müsəlman qaçqınlar da öz ölkələrinə qaytarılacaqdır.

Hindistanın Mülki İşlər Naziri (Minister of State for Home Affairs of India) Kiren Rijiju bu barədə dedi: Biz ruhingiylaı qaçqınların BMT-nin qaçqınların işi üzrə nümayəndəliyində qeydiyyatdan keçmələrinin qarşısını ala bilmərik, amma belə qərar gəlmişik ki, ruhingiyalı bütün müsəlman qaçqınlar Hindistanda qanunsuz yaşayırlar və onlar öz ölkələrinə qaytarılacaqlar.

Qeyd edək ki, on minlərlə ruhingiyalı müsəlman Myanmar dövlətinin zülmündən və onlara qarşı həyata keçirilən soyqırımından canlarını qurtarmaq üçün 1990-cı ildən indiyədək sığınacaq tapmaq üçün Hindistana və Banqladeşə qaçmaqdadırlar.

http://www.iqna.ir/fa/news/3630429


captcha