IQNA

İslamofobiyaya Nəzarət Şurası Myanmardakı soyqırımı məhkum etdi

7:13 - August 30, 2017
Xəbər sayı: 3482054
"İslamofobiyaya Nəzarət Şurası" bəyaniyyə yayaraq Myanmar hərbiçilərinin ruhingiyalı müsəlmanlara qarşı həyata keçirdiyi vəhşi təcavüz və soyqırımının hələ də davam etməsini məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-vətən" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin "Darul-Fətava" təşkilatının nəzdində fəaliyyət göstərən "İslamofobiyaya Nəzarət Şurası" həftənin birinci günü, 28 Avqust 2017-ci il, bəyaniyyə yayaraq Myanmar hərbiçilərinin ruhingiyalı müsəlman azlığa qarşı həyata keçirdiyi vəhşi təcavüz, cinayət əməlləri və soyqırımının hələ də davam etməsini məhkum etdi və beynəlxalq qrumlardan bu regionda yaşayan, soyqrımı və etnik təmizləmə ilə üz-üzə qalmış müsəlmanlara maddi və mənəvi köməklərin edilməsini istədi.

Misirin "Darul-Fətava" təşkilatının nəzdində fəaliyyət göstərən "İslamofobiyaya Nəzarət Şurası" bu bəyaniyyədə müsəlmanların seçkilərdə səsvermə hüququndan məhrum edilməsini qınayaraq Myanmar dövlətindən beynəlxalq qanunlara ki, hər bir ölkənin hər bir vətəndaşına dini və milli kimliyindən asılı olmayaraq seçki və əqidə azadlığı verib, sadiq qalmasını və səmavi dinlərin təlimlərinə sayqı ilə yanaşmasını tələb etdi.

Qeyd edək ki, BMT-nin son hesabatında Banqladeşdəki ruhingiyalı qaçqınlardan alınmış 220 müsahibəyə istinadla bildirilir ki, myanmarlı hərbiçilər və təhlükəsizlik qüvvələri bəşər əleyhinə cinayətlər işləyərək etnik təmizləmə hədəfi ilə müsəlmanları qətliam edir və müsəlmanlara qarşı dəstəcəmi təcavüz həyata keçirirlər.

BMT-nin İnsanları Haqlarına Nəzarət Təşkilatı da bir hesabatda dedi: Keçən ilin 22 Oktyabardan 10 Noyabradək zaman kəsiyində peyk vasitəsilə əldə edilən şəkillər göstərir ki, Raxin əlaylətində müsəlmanlara məxsus 430 ev yandırılıb və myanmarlı hərbiçi və buddistlər tərəfindən vəhşicəsinə edilən zülmlər və verilən işkəncələrə görə, 27 min müsəlman öz evindən didərgin düşüb.

Bu arada Myanmar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi Təşkilatı xəbər verib ki, Myanmar dövləti ruhingiyalı müsəlman azlıqları planlaşdırılmış və öncədən təşkilatlandırılmış şəkildə Raxin əyalətindən çıxarır.

BMT-nin verdiyi hesabatda deyilir ki, dünyada ən çox zülmə məruz qalan azlıq Raxin əyalətində yaşayan ruhingiyalı müsəlmanlardırlar. Onlara öz vətənlərində özgə gözü ilə baxır, məcbur işlədirlər, məhdud azadlıq verirlər, təlim və təhsildən məhrumdurlar və tibb və səhiyyə problemləri yaşayırlar.

http://www.iqna.ir/fa/news/3635904


Teqlər: iqna ، raxin ، ruhingiya ، myanmar
captcha