IQNA

Torento universitetinin "şiəşünaslıq" müəllimi:

Quran, İncil və Tövratın vahid və müştərək hədəfi vardır

9:03 - September 04, 2017
Xəbər sayı: 3482087
Torento universitetinin müəllimi səmavi kitabların müştərək hədəf üçün nazil olduğunu vurğulayaraq dedi: Bu kitablar insanları vahid Allahla dəvət etmək və səadət yolunu göstərmək üçün nazil edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin şənbə günü (2 sentyabr 2017) İran İslam Respublikasının paytaxtı Tehranın "Kövsər İslami Toplantılar Mərkəzi"ndə keçirilən "məsihilik baxımından şiəşünaslıq" konfransında çıxış edən Kanadanın Torento universitetinin "şiəşünaslıq" fənni üzrə müəllimi professor Kurt Riçardson səmavi kitabların müştərək hədəf üçün nazil olduğunu vurğulayaraq dedi: Quran, İncil və Tövart, bu səmavi kitabların üçü də insanları vahid Allahla dəvət etmək və onlara səadət yolunu göstərmək üçün nazil edilib.

Kanadanın Torento universitetinin "şiəşünaslıq" fənni üzrə müəllimi və həmin universitetin "İbrahimi dinlər və Şiəşünaslıq" kafedrasının müdiri professor Kurt Riçardson "Məsihilik baxımından şiəşünaslıq" konfransında bəşəriyyətin dinə ehtiyacı barədə açıqlama verərkən dedi: İnsanların xoşbəxtliyi dinlərin girovudur. Bəşəriyyətin doğru yola hidayət olması təkcə peyğəmbərlərin vasitəsi ilə mümkündür. Bu günki bəşər cəmiyyətinin fikri inkişafı və mədəni yüksəlişi İbrahimi dinlərə borcludur və dünya bu dinlərə təşəkkür etməlidir.

Kurt Riçardson əlavə etdi: Gərək Allaha şükür edək ki, Həzrət Məhəmməd, Musa və İsa (ə) kimi peyğəmbərlər göndərmişdir ki, xoşbəxtlik üçün lazım olan kamil yolları səmavi kitablar vasitəsi ilə insanların ixtiyarına veribdir və insanı xoşbəxtlik qapısına qədər götürürlər.

Kanadanın Torento universitetinin "şiəşünaslıq" fənni üzrə müəllimi və həmin universitetin "İbrahimi dinlər və Şiəşünaslıq" kafedrasının müdiri mübarək Yunis surəsinin 94-cü ayəsinə işarə edərək dedi: Quran-Kərimin əsas işləmlərindən biri də özündən öncəki səmavi kitablar olan İncil və Tövratı təsdiq, təyid, təkmil və islah etməsidir.

Riçardson Quran-Kərimin adlarından birinin "təzkirə" (xatırlama) olduğunu önə çəkərək dedi: Quranın "təzkirə" olmasının məansı budur ki, özündən öncəki səmavi kitablarda olan, amma cəmiyyətdə unudulan dini göstərişləri insanlara xatırladır. Çünki Quran, İncil və Tövrat bir hədəfi izləyirlər və o da vahid Allahı tanıtdırmaq və səadətət çatmaq üçün dini göstərişlərə əməl edilməsinin zəruriliyini insanlara aşılamaq. Buna görə də dinlər arasında heç bir ixtilaf yoxdur, ixtilafa və ayrılığa səbəb olan insanların öz əməlləri və düçüncə tərzləridir.

"İbrahimi dinlər və Şiəşünaslıq" kafedrasının müdiri vurğuladı: Bu gün insanların ən başlıca problemi dini səhv və yanlış anlamasıdır. Bu gün dinlər arasında ixtilaflar azalıb, amma dinlər daxilində ixtilaflar çoxalmaqdadır. Başqa sözlə desək, dini ixtilaflar bir dinin müxtəlif məzhəbləri arasındadır, iki din arasında deyil.

O əlavə etdi: İnsanlar arasında baş verən çəkişmələr və ixtilaflar dini səhv anladıqları və dinin göstərişlərinə əməl etmədikləri üçündür. Bu çəkişmələrin qarşısını almaq üçün dinlər arasında sərhədləri götürməli və dinlər əl-ələ verərək ixtilafların yerinə müştərək dəyərləri cəmiyyətə təqdim etməlidir.

Kanadanın Torento universitetinin "şiəşünaslıq" fənni üzrə müəllimi və həmin universitetin "İbrahimi dinlər və Şiəşünaslıq" kafedrasının müdiri professor Riçardson çıxışının ikinci hissəsində "zühur", "xilaskar", "Mehdi" və "Məsih" məsələlərinə işarə edərək dedi: İbrahimi dinlərdə axir-zamanda "xilaskar"ın gələcəyi barədə geniş məlumat verirlib və bu məsələni səmavi kitablar təsdiq edir. Amma İslam daha önə gedərək, həmin xilaskarın Mehdi (ə.f) olduğunu və İsa Məsih (ə) ilə bir zamanda zühur edəcəyini deyir.

"İbrahimi dinlər və Şiəşünaslıq" kafedrasının müdiri professor Riçardson çıxışının sonunda Şəhid Mütəhhərinin "islamşünaslıq" və "islamı təqdim etməsi" metodundan danışdı, bu metodu "orta yol" adlandırdı və İslamı onun kimi təqdim etməyin daha təsirli olduğunu vurğuladı.

http://www.iqna.ir/fa/news/3637542


captcha