IQNA

İSESCO:

Aun San Su Çinin "nobel mükafatı" geri alınsın

10:24 - September 06, 2017
Xəbər sayı: 3482103
İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) "nobel mükafatı" komitəsindən tələb etdi ki, sülh mükafatı olan "nobel prize" Myanmarın baş naziri Aun San Su Çidən geri alınsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) "nobel mükafatı" komitəsindən tələb etdi ki, sülh mükafatı olan "nobel prize" Myanmarın baş naziri Aung San Su Çidən geri alınsın.

İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) bəyaniyyə yayaraq tələb edib ki, 1991-ci ildə "nobel sülh mükafatı" alan Myanmarın baş naziri Aun San Su Çi ən tez zamanda bu mükafatdan məhrum edilsin.

Mərakeşin Ribat şəhərində yerləşən İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) bu bəyaniyyədə deyir: Myanmarın Raxin əyalətində ruhingiyalı müsəlmanlara amansız divan tutulması, müsəlmanların qətliam edilməsi və yurdlarından didərgin salınması birbaşa bu ölkənin baş naziri Aun San Su Çinin əmri ilə həyata keçirilir. Onun bu addımı "nobel sülh mükafatı" verilməsi hədəflərinin ziddinədir və həmçinin beynəlxalq qanunlar və insan hüquqlarını ayaq altına alır. Buna görə də Myanmarın baş naziri bu mükafata sahib olmaq ləyaqətini itirmişdir.

İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) dünyanın beynəlxalq təşkilatlarından və insan hüquqları aktivistlərindən istədi ki, bu hadisələrin ən tez zamanda dayandırılması üçün müdaxilə etsinlər.

BMT-nin son hesabatına görə, son hadisələrdə indiyədək 78 min nəfər myanmarlı müsəlman onlara qarşı həyata keçirilən qətliamdan xilas olmaq üçün Banqladeşə qaçıblar.

Qeyd edək ki, Myanmar silahlı qüvvələri və radikal buddistlər keçən ilin Oktyabr ayının 25-dən Raxinin şimalında yaşayan müsəlmanlara qarşı amansız davranır, onları qətliam edir və evlərini yandırırlar.

http://www.iqna.ir/fa/news/3638682


captcha