IQNA

270 min ruhingiyalı müsəlman Banqladeşə qaçıb

10:16 - September 09, 2017
Xəbər sayı: 3482123
Qaçqınların işi üzrə ali komissarlığın verdiyi hesabata görə, son iki həftə ərzində 270 min ruhingiyalı müsəlman azlıqlar Myanmardan məcburi şəkildə Banqaldeşə qaçıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qaçqınların işi üzrə ali komissarlığın (UNHCR) dünən, 8 sentyabr 2017-ci il, verdiyi son hesabata görə, son iki həftə ərzində 270 min ruhingiyalı müsəlman azlıqlar Myanmardan məcburi şəkildə Banqaldeşə qaçıb.

Hesabatda deyilir ki, Myanmarın Raxin əyalətində yaşayan ruhingiyalı müsəlmanlar məcburi şəkildə öz yurdlarından didərgin düşərək Banqladeşə qaçıblar. Bu o halda baş verir ki, Banqladeşin iki qaçqın düşərgəsində öz tutumundan iki dəfə çox qaçqın vardır.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qaçqınların işi üzrə ali komissarlığının (UNHCR) İsveçrənin cənub- qərbində yerləşən Ceneverə şəhərindəki qərargahında nəşr edilən xəbər bülletenində verilən hesabata əsasən, Banqladeşin qaçqın qəbul etmək tutumu sona çatıb və qaçqınlar Uxya və Təknaf rayonlarındakı yeni yaradılmış müvəqqəti sığınacaqlarda qalırlar.

Bu hesabatda deyilir ki, qaçqınların əksəriyyəti qadınlar və uşaqlardır. Qaçqın qadınlar arasında hamilə və yeni doğulmuş uşağı olanlar da gözəçarpacaq dərəcədə çoxdur. Onlar uzun və çətin yolun yoğunudurlar, çox pis vəziyyətdədirlər, bundan əlavə aclıq da onları əldən salıb və onlar küçələrdə dolaşaraq təhlükəsiz bir sığınacaq axtarırlar.

http://www.iqna.ir/fa/news/3639756


Teqlər: iqna ، myanmar ، banqladeş ، ruhingiya
captcha