IQNA

Myanmar müsəlmanlarının tarixi barədə rəvayət;

ARAKAN; İmam ƏLİ (ə) övladına mənsub diyar

9:46 - September 10, 2017
Xəbər sayı: 3482130
BURMA müsəlmanları barədə myanmarlıların inancına əsasənn ilk dastan bununla başlayır ki, İmam Əli (ə) övladlarından olan bir seyyidin və dostlarının bu diyara səfəri ilə İslam bu torpaqlara gəlib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BURMA müsəlmanları barədə myanmarlıların öz inancına əsasənn ilk dastan bununla başlayır ki, İmam Əlinin (ə) övladlarından olan bir seyyidin və onun silahdaşları və dostlarının bu diyara səfəri ilə İslam dini bu torpaqlara gəlib. Həmin seyyidin mübarək məzarı hazırda bu diyarın ziyarətgahıdır.

Rəvayət əslində belədir ki, Həzrət Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyə Kərbəla hadisəsindən sonra səfərə çıxmaq istəyir. Bu səfər üçün Çini hədəf seçir və 680-cı ildə (69 hq) öz dostları və səhabələri il Şərqi Asiyaya üz tutur.

Myanmarlı tarixçi Maung Tan Luyinin yazdığına görə, onlar ARAKAN regionunan çatanda bu diyarı mələkəsi (kraliça) Kayapurinin qoşunları ilə savaşmalı olurlar. Məhəmməd Hənəfiyyə bu savaşda qələbə qazanır və sonda isə mələkə ilə evlənir. Bu isə İslam dininin bu diyarda yayılmasının ilk başlanğıcı olur.

Hazırda Məhəmməd Hənəfiyyənin mələkənin ordusuna zəfər çaldığı yer "Ərəb Şah Para" adlanır və bu yerdə ona mənsub bir ziyarətgah vardır.

Bu dastanın həqiqətə uyğunluğu tarixi baxımdan bir o qədər öz təsdiqini tapmasa da müsəlmanlar bu diyarda İslamın ilk əsirlərindən (1 hq- 4hq) yaşayırlar. O zamanlar müsəlman ərəb tacirlər su yolu ilə Çinə və Şərqi Asiyaya səfər edirdilər və ARAKAN diyarını məhsuldur və yaşıllıq olduğuna görə istirahət üçün seçirdilər.

Müsəlmanlardan bəziləri burada yaşayan buddist və xristianlar ilə evlənir və burada qalırdılar. Buna görə də tədricən həm müsəlmanlıq bu diyarda yayıldı və həm də arakanlıların dillərinə ərəb sözləri nüfuz etməyə başladı. Bu da ilk təsirini elə bu diyarın adında qoydu. Belə ki, əslində Burma lüğəti olan RAXİN adı ərəb ləhcəsi ilə ARAKAN sözünə çevirildi.

İslamın Hindistan yarımadasında yayılması və genişlənməsi ilə (5 – 9 hq), xüsusilə də indiki Banqladeş (banqal) hakimkərinin islamı qəbul etməsindən sonra Arakan müsəlmanlarının ictimai vəziyyəti möhkəmləndi.

Həmin zamanlarda buddistlərin hakimi Narmikhela Myanmar (Burma) şahına məğlub olduqdan və Banqalın müsəlman hakiminin köməyi ilə yenidən öz postunu ələ keçirdikdən sonra müsəlmanlar və buddistlərin arasında siyasi dostluq yarandı. Narmikhela öz dostluğunu göstərmək üçün buddist adının kənarına "Süleyman" adını da əlavə etdi və ondan sonra gələn buddist şahları bu siyasi münasibəti qorumaq üçün öz adlarına İslami bir ad da əlavə etməyə başladılar.

Sonralar Banqal şair və ədiblərinin iranlı şair və ədiblərlə dostluğu nəticəsində Banqallar və Arakanlıların ədəbiyyat dilinə fars dili və iranlı müsəlmanların mədəniyyəti də nüfuz etməyə başladı. Bu hətta özünü o dövrünün pul vahidlərində də göstərdi. Bundan əlavə həmin zamanlarda Hindistan, Banqladeş və Arakana səfər edən iranlı sufi və ariflərin əqidələri həmin diyarın müsəlmanlarının inanclarında öz təsirini qoydu.

Hicri-Qəməri ilə 9-cu yüzillikdə Arakan hökuməti qüvvətləndi, Banqal və Myanmara tabe olmadı, hətta Banqladeşin sərhədlərinə hücum edərək bəzi yerləri işğal etdi və Banqal körfəzini portuqaliyalı dəniz quldurlarının köməyi ilə əli keçirdi. Amma bu müstəqillik uzun sürmədi və 1786-cı ildə (13-cü hicri-qəməri) Myanmar mərkəzi hökumət olaraq Arakanı ələ keçirdi.

Myanmar hökuməti məhsuldar və Banqal körfəzi kimi strateji əhəmiyyətli yerləri ələ keçirmək, həmçinin məzhəbi inhisarçılıq yaratmaq məqsədi ilə müsəlmanlar ilə savaşdı və onları Banqladeşə qovdu. Həmin tarixdən bu yana arakanlı müsəlmanların acı günləri başlayıb.

Bu acı unutmamış arakanlılar 1824- 1826-cı illərdə ingilislərin hücumlarına məruz qaldılar. Arakan və bütün Myanmar ingilislər tərəfindən işğal edildi. Və bu arada əhəmiyyətli məqam budur ki, həmin dövrlərdə buddistlər və müsəlmanlar çox mehriban və dostcasına yaşayırdılar. Amma ingilislərin təfriqəçi siyasəti nəticəsində bu dostluq pozuldu və buddistlər mərkəzi dövlət ilə birləşərək müsəlmanlara qarşı çıxdılar.

یکشنبه//روایت حضور مسلمانان در میانمار/ آراکان؛ دیار منتسب به فرزند امام علی(ع)

Buna görə də 1948-ci ildə Myanmar öz müstəqilliyini elan etmək tədarükündə olarkən ruhingiyalı müsəlmanlar da Məhəmməd Əli Cənahdan (Pakistan dövlətinin təsisçisi) kömək alaraq Pakistana qoşulmaq istəyirdilər. Amma bu məsələ həyata keçmədi və Arakan Burmanın (Myanmar) əyalətlərindən biri olaraq qaldı.

Myanmar dövləti buddist rahiblərlə birləşərək müsəlmanları yaşadıqları regiondan təmizləmək fikrinə düşdü və bu pis niyyətli plan 1979-1980-cı illərdə müsəlmanların qətliamına və vəhşi cinayətlərə səbəb oldu.


Həmin vaxtda BMT və bir sıra İslami dövlətlərin səyi nəticəsində qrığının qarşısı alınır, arakanlı müsəlmanların bir çoxu Banqladeşə köçür və bir sıra ailələr də Səudiyyə Ərəbistanına mühacirət edirlər.

20-ci əsrin sonlarında müsəlmanların vəziyyəti yaxşılaşmaq üzrə idi və regionda sabitlik hökm sürürdü. Müsəlmanlar Həccə gedir, Quran təlimi kursları təşkil edirdilər. Hətta bəzi mühacirlər Arakana qayıtmışdılar.

Amma 2012-ci ildən müsəlmanların vəziyyəti yenə də gərginləşməyə başladı. Myanmarın dövlət qoşunları və buddistlər qətliamları və vəhşi cinayətlərini yenidən başladılar. Minlərlə müsəlmanın başı kəsildi və minlərlə müsəlman yurdundan didərgin düşdü və evləri yandırıldı. Uşaqlara və qadınlara vəhşicəsinə təcavüz edildi. Və bu cinayət bu gün də dünyanın gözü önündə davam edir...

یکشنبه//روایت حضور مسلمانان در میانمار/ آراکان؛ دیار منتسب به فرزند امام علی(ع)

Qeyd edək ki, Myanmarın 80 milyon cəmiyyəti vardır ki, bunun 7 milyona yaxını müsəlmandır və müsəlmanları 4 milyonu Arakanda yaşayırlar.

Arakan Banqal körfəzində dağlar ilə mühasirə olunmuş xoş havalı və sulu bir yerdir. Məhsuldar torpaqları var. Banqal körfəzi bu yeri strateji əhəmiyyətli edir. Naf çayı Arakan və Banqladeşin sərhədidir.

Miladdan öncə 4-cü əsrdə bu yerdə monqollardan olan tayfalar da yaşamışlar. İslamın ilk əsirlərində isə müsəlman tacirlər də bu diyarın əhalisinə qoşularaq buralarda yaşamağa başlamışlar.

Mənbə: 

1. İslam Dünyasının Ensiklopediyası, Arakan məqaləsi.

2. Dini Elmi Hövzə Ensiklopdeiyası, Myanmarda İslam məqaləsi.

http://www.iqna.ir/fa/news/3639418





Teqlər: iqna ، arakan ، burma ، raxin ، ruhingiya
captcha