IQNA

Gürcüstan azərbaycanlıları Myanma hadisələri ilə bağlı etiraz aksiyası keçirib

15:19 - September 13, 2017
Xəbər sayı: 3482154
Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.
Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmarda müsəlmanların soyqırımına yox" şüarı səsləndiriblər.
Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O, Myanmardakı hadisələri kəskin pisləyib.
Aksiyanın sonunda qətnamə qəbul olunub.
Sənəd BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək. /APA/

Teqlər: iqna ، gürcüstan ، myanmar ، ruhingiya ، raxin
captcha