IQNA

Kənan Rövşənoğlu:

Myanmarda ABŞ və Çin rəqabəti yarana bilər

22:37 - September 16, 2017
Xəbər sayı: 3482168
"Myanmada olayların şiddətlənməsinin arxasında həm də Amerika və Çin rəqabəti dayanır"- İQNA ilə müsahibəsində Yeni Müsavat qəzetinin yazarı və siyasi analitik Kənan Rövşənoğlu deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin verdiyi xəbərə görə, myanmarlı müsəlmanlar tarixin ən ağır günlərini yaşayırlar. Son həftələr ərzində minlərlə ruhingiyalı müsəlman vəhşicəsinə qətlə yetirilib və bir o qədər də insan yurd-yuvasından didərgin düşərək Banqladeşə qaçaraq müvəqqəti qaçqın düşərgələrində məskunlaşıblar.

Bu məsələ bütün dünya müsəlmanlarını narahat etməyə bilməzdi. Buna görə də dünyanın hər yerində müsəlmanların və hətta qeyri-müsəlmanların da Myanmarda müsəlmanların soyqırımına kütləvi etirazların şahidiyik. Bu məsələdə ilk narahatçılığını bildirən ölkələrdən biri də qardaş Azərbaycan xalqı və dövləti oldu və həmçinin Azərbaycan dövləti öz humanitar yardımlarını da myanmarlı müsəlmanlara çatdırdı.

Bu hadisələrlə bağlı Azərbyacanın "Yeni Müsavat" qəzetinin yazarı və siyasi analitik Kənan Rövşənoğlunun fikirlərini öryəndik və müsahibəmizin mətnini təqdim edirik.

Fikrinizcə Myanmarlı müsəlman azlıqların qətliam edilməsinin əsas səbəbi nədir?

Arakan münaqişəsinin səbəbi digər müsəlman ölkələrindəki münaqişələrlə eynidir: Müstəmləkə dövrünün nəticələri. Kəşmir, İraq və sair münaqiələr kimi, Arakan məsələsinin kökü 19-cu əsrdə bölgədəki ingilis müstəmləkəsi dövrünə gedib çıxır. Həmin vaxt müəyyən edilmiş sərhədlər xalqların birliyini tam əks etdirməmiş və bu cür münaqişəli bölgələr yaranmışdır.

Hazırda Arakan müsəlmanları dünyanın ən çox zülm görən, hətta vətəndaşlıq, səsvermə hüququ olmayan insanlarıdır. Myanmanın diktatura rejimi onların Banqladeşdən köçdüyünü iddia edərək vətəndaşlıq hüququnu belə tanımır. Son hadisələr də göstərir ki, hökumət ümumiyyətlə arakanlıların köçürülməsində maraqlıdır. Bu səbəbdən də ilk toqquşmanı bəhaə edərək bölgəyə ordu göndərib və dinc əhaliyə divan tutmağa başlayıb. Nəticədə tərk edilən bütün kəndlər yandırılaraq yer üzündən silinir. Bir növ bölgə müsəlmanlardan təmizlənir. Bunun adı etnik soyqırımıdır.

Bunun səbəbləri barədə müxtəlif versiyalar var. Bu bölgədən enerji xətlərinin keçməsi, Arakanda yeni iqtisadi layihələrin planlaşdırılması, ərazinin müsəlmanlardan təmizlənməsi. Müsəlmanların əllərinə silah alması digər tərəfdən Myanma hökumətinin işinə yarayır. Arkanlı müsəlmanları terrorçu elan edərək soyqırımına haqq qazandırmağa çalışır. Bildiyimiz, ənənəvi müsəlmanlara qarşı tətbiq olunan ssenari.

İslam dünyası Myanmar müsəlmanlarını müdaifə etmək üçün hansı təsirli rola malik ola bilər və bu məsələyə hansı vasitələrlə təsir göstərməlidir?

Düşünürəm ki, müsəlman aləmi nəhayət daha sağlam və səmimi yanaşma ortaya qoymalıdır. Arakana cihadçı və ya silah göndərməyə gərək yoxdur. Bu münaqişənin həllinə nail olmaq üçün İslam ölkələrinin bir strateji hazırlaması, ilk növbədə arakanlı müəslmanların ehtiyaclarının təmin olunması, onların başlarına gələnlərin dünyanın diqqətinə çatdırılmasına nail olmalıdır. Bundan başqa planlı şəkildə dünya ölkələrində, xüsusən də BMT TŞ daimi üzvü olan və Myanmaya təsir imkanına malik olan Çin, ABŞ, Rusiya, Britaniya kimi ölkələrin hökumətləri ilə iş aparmalı, Arakan müsəlmanlarının haqlarının verilməsi, vətəndaşlıq hüquqlarının bərpası, mülkiyyətlərinin qorunması və muxtariyyət əldə etmələrinə nail olmaq lazımdır. Bunun üçün hətta BMT qarşısında məsələ qaldırıb Arakana sülhyaratma qüvvələri göndərməyə nail olmaq mümkündür. Əks təqdirdə kiçik silahlı qruplar tezliklə terrorçu dəstələr kimi tanındılmağa başlayacaq. Radikal qruplar Arakana yerləşəcək (bəlkə də artıq yerləşənlər var – K.R) və nəticədə digər ölkələrdə olduğu kimi burda da yerli dövlətlər özlərini haqlı göstərməyə nail olacaqlar. Nəticədə müsəlmanlar heç nə əldə etməyəcək, əksinə Arakandan qaçıb dağılacaqlar.

İsrailin "Haaretz" qəzeti keçən günlərdə yaydığı bir xəbərdə bu rejimin Myanmar ordusunu silahla təchiz etdiyini xəbər verdi. Siz, minlərcə müsəlmanı qətliam edən Myanmar rejimini silahla təchiz etməyi necə dəyərləndirirsiniz?

Myanmada 1960-cı illərdən bu yana ölkəni idarə edən hərbi xunta var. Bu xunta çox ölkələrlə əməkdaşlıq edir. Bu xəbərlə tanışam, düşünürəm ki, İsrailin Myanma ilə əməkdaşlığı dünyanın başqa uzaq nötqəsində müsəlman münaqişə ocağının yaranması ola bilər. Yəni bir növ müsəlmanların diqqətini yeni və daha amansız bir münaqişəyə cəlb etməklə diqqəti Fələstindən yayındırmaq ola bilər.

Keçən aylarda Suriyanın İdlib əyalətinin "Xan Şeyxun" regionunda kimyəvi silahlardan istifadə edilməsi nəticəsində 40-50 nəfər insan həyatını itirdi. Tramp suriyalı uşaqların öldürülməsindən narahat olduğunu və üzüldüyünü iddia etdi və daha sonra isə Suriyanın Həms əyalətinin qərbində "Şəirat" hərbi hava limanına raket hücumu etdi. Belə isə son günlərdə yüzlərlə günahsız uşağın Myanmarda vəhşicəsiə qətliam edilməsinə Tramp və Avropa ölkələri başçıları səssizcəsinə tamaşa etməsinin səbəbi nədir?

Myanmada mərkəzi hakimiyyət, yəni hərbi rejimin Çinə yaxın olduğu deyilir. Eyni zamanda baş nazir, Nobel mükafatı almış Aung San Suu Kyi isə Qərbə, ABŞ-a yaxın siyasətçi hesab olunur. Maraqlıdır ki, baş nazir indiyə qədər hadisələrlə bağlı geniş açıqlama ilə çıxış etməyib. Görünür ki, baş nazirin ölkədə bu şəkildə gərginliyin yaranmasında marağı var və hadisələrin daha da böyüməsini istəyir.

Mən düşünürəm ki, Mayanmada zorakılıq və şiddət hadisələri artmaqda davam eləsə Qərb ölkələri hərəkətə keçəcək. Ancaq bu bölgə Çinin nüfuz dairəsi olduğu üçün faktiki olaraq ABŞ və Çin rəqabəti yaşanacaq. Myanmada olayların şiddətlənməsinin arxasında həm də Amerika və Çin rəqabəti dayanır. Lakin bütün bunların oradakı müsəlmanların xilası üçün yetərli olduğunu düşünmürəm. Daha aydın olsun deyə, 1990-cı illərdə Yuqoslaviya hadisələrini xatırlamaq olar. Orada müsəlmanlar uzun illər soyqırıma məruz qaldılar, hətta Serebrenitsa kimi böyük sıyqırımı yaşandı. Qərb ölkələri necə deyərlər, gözləri qarşısında baş verən bu qanlı qətliamlara çox gec reaksiya verdilər.

Niyə qərb ölkələri müsəlmanların qətliamına münasibətdə ikili standart yürüdür? Və nə üçün Avropa mediası arakanlı müsəlmanların qətliamını yetərincə işıqlandırmırlar?

Avropa mediası, BBC, Euronews kimi məşhur xəbər kanalları, xüsusən də BBC Arakan hadisələrinə geniş diqqət ayırır. Ancaq məni daha çox narahat edən müsəlman aləmində Arakanla bağlı aparılan informasiya təbliğatıdır. İlk növbədə müsəlman aləminin Arakan olayları haqqında dəqiq məlumata sahib olması, olayların həqiqətinin aşkarlanması və daha sağlam bir yanaşmanın sərgilənməsi lazımdır. Bu haidsənin müsəlman-buddist düşmənçiliyinə, xalqlar arasında nifrət və düşmənçiliyə çevirmək faydalı deyil. Bu cür münaqişələrin arxasında bir qayda olaraq siyasətçilər, dövlətlər və xüsusi xidmət orqanlarının fəaliyyətləri dayanır. Xalqlar bu hadisələrdə hər zaman qurbandır. Ən böyük qurban isə indiki zamanda Arakan müsəlmanlarıdır. Ona görə də ilk növbədə müsəlman aləminin daha ayıq yanaşma sərgiləməsi lazımdır.

Bildiyiniz kimi son günlərdə yüzminlərcə ruhingiyalı müsəlman Banqaldeşə qaçıb sığınacaq axtarır. Sizcə, Banqladeş başda olmaqla Myanmarla qonşu ölkələrin bu məsələdə əsas vəzifəsi nə olmalıdır?

Banqladeş kasıb, ciddi iqtisadi sıxıntıları olan bir ölkədir. Yuxarıda qeyd elədiyim kimi bu məsələdə müsəlman ölkələrinin üzərinə əsas missiya düşür. Arakanda 800 min- 1,2 milyon arası müsəlmanın yaşadığı ehtimal olunur. Onun bir qismi, hardasa 300 min nəfərə yaxını Banqladeşə sığınıb. Bu insanların zəruri ehtiyaclarını təmin etmək müsəlman ölkələri üçün elə də çətin olmamalıdır. İlk növbədə arakanlı qaçqınların savaşdan, ölümdən xilas olmasına yardım etmək, ikinci mərhələdə münaqişənin sülh yolu ilə həll olunması üçün bir plan qurulmaldıır. Müsəlman ölkələri Arakan böhranı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir böhran qrupu yaratmalı, bu qrup problemi dərindən öyrənib həll planı hazırlamalıdır. Yəni sistemli, ölçülüb biçilmiş bir fəaliyyət planı tutulmalıdır. Ancaq təəssüf ki, Astanada keçirilən İƏT Elm və Texnologiya Toplantısında biz Arakan problemi ilə bağlı müsəlman ölkələrinin ciddi bir hərəkətliliyini müşahidə etmədik, sadəcə boğazdan yuxarı çağırışlar, çıxışlar oldu.

Mürtəza Kərimi / İQNA

http://www.iqna.ir/fa/news/3640994


captcha