IQNA

İmam Hüseynin (ə) hərəminin ətrafında həzrət Zeynəb (sə) səhni tikilir

12:52 - September 18, 2017
Xəbər sayı: 3482177
Verilə son məlumatlara əsasən, İmam Hüseynin (ə) hərəminin yaxınlığında Həzrət Zeynəb (sə) səhnində tikinti işləri yekunlaşmaq üzrədir.

İmam Hüseynin (ə) hərəminin ətrafında həzrət Zeynəb (sə) səhni tikilir

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az xəbər verir ki, layihənin rəhbəri Hüseyn Rza Mehdi bildirib ki, Həzrət Zeynəb (sə) səhnin tikintisi üçün ümumilikdə 115 min kvadrat metr ərazi nəzərdə tutulub.

"Burada müxtəlif xidmət və mədəni hissələr olacaq. Burada 520 metr uzunluğunda tunel tikiləcək. Kitabxana, muzey və digər mədəniyyət ocaqları səhnin ətrafında yerləşəcək”.

O deyib ki, indiyədək səhnin tikintisi ilə bağlı 70 faiz işlər tamamlanıb.

captcha