IQNA

Nəsrullah:

Mərcəiyyətin fitvası olmasaydı, İŞİD Ərəbistan və Küveyti işğal etmişdi

10:08 - September 24, 2017
Xəbər sayı: 3482197
Livan Hizbullahının baş katibi xatırladıb: İraq xalqı mərcəiyyətin fitvasına əməl etməsəydi, İŞİD terror qruplaşması indiyə qədər Kərbəla, Bəsrə, Küveyt və Ərəbistanı işğal etmişdi.

Mərcəiyyətin fitvası olmasaydı, İŞİD Ərəbistan və Küveyti işğal etmişdiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Seyid Həsən Nəsrullah bazar günü Beyrutun cənub ətrafında Seyidüş-Şühəda kompleksində məhərrəmliyin üçüncü gecəsi ilə əlaqədar mərasimin iştirakçıları üçün video-konfrans vasitəsi ilə etdiyi çıxışında ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşmasının ABŞ-ın yaratdığını etiraf etdiyinə toxunub və deyib: Suriya, İraq və İran xalqları terrorizmlə mübarizə yolunda öz övladlarını itirməsəydilər, hazırda hamı bu nəhs fenomenin qurbanı olmuşdu.

Lİvan Hizbullahının baş katibi həmçinin bildirib: İsrail düşmən qarşısında müqavimət olmasaydı, bu rejim hazırda Livanda sionist qəsəbələr yaradardı.

Seyid Həsən Nəsrullah bəzi ərəb rəsmilərin BMT Baş Assambleyasının sessiyasındakı çıxışlarını tənqid edib və deyib: Bu rəsmilər bəşəriyyət üçün hədə olan sionist rejimin atom silahlarına toxunmadılar.

captcha