İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, 400 əzadarlıq heyəti, dəstəsi, ölkənin müxtəlif bölgələri, başqa ölkələr, o cümlədən Azərbaycan Respublikasından qonaqlar bu böyük toplantıda iştirak edib.
Əzəmətli mərasimlər şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseynin (ə) əzadarlığı günlərində təşkil olunub. Məhərrəm ayının 9-cu günü isə Kərbəla Səqqası adlandırılır. Bu mərasim Alaqapı meydanında Həzrət Əbülfəzl (ə) tarixi səqqaxanası və Şeyx Səfiyyədin Ərdəbili tarixi obyektinin kənarında təşkil olunub.
Bu əzəmətli mərasimdə Əhli-Beyt (ə) məddahları İmam Hüseyn (ə) və Əbülfəzlül-Abbasın (ə) əzasında növhələr oxuyurlar.