IQNA

Yəmənin cənubuna qarşı hava basqını: 12 şəhid və yaralı

10:55 - October 08, 2017
Xəbər sayı: 3482237
Ali-Səudun və onun Yəməndəki muzdlularının ən son cinayətlərində 12 Yəmən vətəndaşı şəhid olub və ya yaralanıb.

Yəmənin cənubuna qarşı hava basqını: 12 şəhid və yaralıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əlməyadin telekanalının məlumatına görə, dünən axşam çağı səud qırıcılarının Yəmənin cənubunda yerləşən Təiz vilayətinin qərbindəki Məxa məntəqəsində yerləşən yaşayış məntəqələrinə qarşı hava hücumunda yeddi sivil şəhid olub, beş nəfər də yaralanıbdır.

Bu məlumata görə,cəsədləri uçqunlar altından çıxarmaq cəhdi davam edir, buna görə, şəhid olanların və yaralananların sayının artması ehtimalı var.

Belə bir halda, Yəmənin səhiyyə nazirliyi Ərəbistanın tabeliyindəolan təcavüzkarlar koalisiyasıqırıcılarının Yəmənin Həccə vilayətinin mərkəzində yerləşən Əbs rayonundakı bir müalicə mərkəzinə qarşı hücumunu pisləyərək, BMT-dən istəyibdir ki, Ali-Səudun təcavüzkarlıqlarına son qoymaq üçün təcavüzkarlara təzyiq göstərsin.

Əlməsirə-nin məlumatına görə, dünənHəccə vilayətinin mərkəzində hədəfə alınmış mərkəz bu məntəqədə yeganə müalicə mərkəzi idi ki, həmin hücumda tam şəkildə dağılıbdır.

Bu hücumda bir neçə Yəmən vətəndaşı şəhid olub və ya yaralanıbdır.

Belə bir halda elan olunubdur ki, Yəmənin ordu və xalq komitələri qüvvələri Marəb vilayətində pusqu əməliyyatı keçirərək, bu ölkənin istefa vermiş fərari prezidenti Mənsur Hadinin tabeliyində olan muzdur qüvvələrdən beş nəfəri öldürə biliblər.

Teqlər: iqna ، yəmən ، quran ، İslam ، müsəlman ، ali-səud
captcha