IQNA

IQNA üçün yaddaşt;

Əllamə Əmini (r.ə) Nəcəfdən Kərbəlaya piyada gedər və yolda "əmr be məruf" edərdi

0:50 - November 11, 2017
Xəbər sayı: 3482370
Höccətul-İslam vəl-müslimin Xadimiyan bizə göndərdiyi yaddaştda yazır: Əllamə Əmini (r.ə) il ərzində neçə dəfə Nəcəfdən Kərbəlaya piyada gedər və yol uzunu "əmr be məruf və nəhy əz münkər" edərdi.
Əllamə Əmini (r.ə) Nəcəfdən Kərbəlaya piyada gedər və yolda
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul-İslam vəl-müslimin Seyyid Hüseyn Xadimiyan (Hövzə və Universitet ustadı) İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi münasibəti ilə İQNA-nın nəzdində fəaliyyət göstərən "cavan jurnalistlər dərnəyi"nə (NƏBƏ) yaddaşt göndərib. Bu yaddaştdan bəzi məqamları sizinlə bölüşürük.

Höccətul-İslam vəl-müslimin Xadimiyan bizə göndərdiyi yaddaştda yazır: Əllamə Əmini (r.ə) il ərzində neçə dəfə Nəcəfdən Kərbəlaya piyada gedər və yol uzunu insanlara "əmr be məruf və nəhy əz münkər" (yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək) edərdi və buyurardı ki, ziyarətin əsil fəlsəfəsi də budur.

Xadimiyan əlavə edir: Əllamə Əmini (əl-Ğədir kitabının müəllifi) qeyd edirdi ki, ziyarət əqli və fitri bir məsələdir. Ağıl insanı dəvət edir ki, insan müqəddəs sayaraq ziyarət etdiyi şəxsdən örnək alsın. Buna görə də ziyarət insanı fitrətə qaytarır, hansı ki, həmin fitrə insanı sevdiyinə sarı yönəldir və məhbubun camalının seyrinə aparır. Və məhbubun camalının seyri insanın gözünə və qəlbinə nuraniyyət bəxş edir. Necə ki, Həzrət Yəqub (ə) Yusifin köynəyini gözlərinə sürtən kimi gözlərinə nur gəldi.

فَلَمّٰا أَنْ جٰاءَ اَلْبَشِيرُ أَلْقٰاهُ عَلىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيراً

Oəlavə edir: Ziyarət məhəbbət ilə düşüncənin bağlılığıdır. Necə ki, ƏRBƏİN ziyarətnaməsində oxuyuruq: "Sənin yolunda qanından keçdi ki, Sənin bəndələrini cəhalətdən qurtarsın". Bu yəni fikr və düşüncənin inkişafı və yüksəliyişi. Daha sonda isə oxuyuruq: "Salam olsun göz yaşları şəhidinə". Bu isə məhəbbətin həyacana gəlməsi və düşüncə ilə birləşməsi.

Xadimiyan vurğulayır: İmam Hüseynin (ə) ziyarəti təfəkkür və məhəbbətin birləşməsini və birgə yüksəlməsini təmin etdiyi üçün imamlarımız bu ziyarətin piyada icra edilməsinə göstəriş veriblər ki, ağıl və eşqin cilvəsi insanlar arasında həmişə canlı və diri qalsın.

Höccətul-İslam vəl-müslimin Xadimiyan yaddaştının davamında qeyd edir: İmamın (ə) kəlamında ziyarət möminin nişanələrindən biri sayılmasının fəlsəfəsi budur ki, böyükləri, övliyaları və imamları ziyarət etmək, əslində onların malik olduqları dəyərləri qiymətləndirməkdir. Onların sözünü, əməlini və əxlaqını dəyərləndirməkdir. İlahi sifətləri özlərində canlandıran insanların xatirəsini əbədiləşdirməkdir.

Molla Mehdi Nəqari buyurur: İmamları ziyarət etmək onların əmrlərini və göstərişlərini və dəvətlərini qəbul etmək anlamındadır və ziyarət, yəni onlar ilə əhd bağlamaq, onları sevindirmək və düşmənləri kədərləndirmək.

Buna görədə hədislərdə buyurulur ki, ziyarət bütün möminlərin üzərində olan bir vəzifədir

İmam Rza (ə) bu barədə buyurur: "(Biz Əhli-Beytdən olan) Hər bir imamın öz dostları və şiələrinin üzərində əhd-peymanı və haqqı vardır. Bu əhdə vəfa etməyin və bu haqqı gözəl şəkildə əda etməyin kamalı onların (imamların) qəbirlərini ziyarət etməkdir. Hər kəs imamlarının ziyarətini sevərək və bu sevgisini təsdiq etmək üçün onları ziyarət edərəsə, imamlar Qiyamət günü ona şəfaətçi olacaqdır".

أَبُو عَلِيٍّ الْأَشْعَرِيُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُوسَى عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ الْوَشَّاءِ قَالَ سَمِعْتُ الرِّضَا ع يَقُولُ‏ إِنَّ لِكُلِّ إِمَامٍ عَهْداً فِي‏ عُنُقِ‏ أَوْلِيَائِهِ‏ وَ شِيعَتِهِ وَ إِنَّ مِنْ تَمَامِ الْوَفَاءِ بِالْعَهْدِ وَ حُسْنِ الْأَدَاءِ زِيَارَةَ قُبُورِهِمْ فَمَنْ زَارَهُمْ رَغْبَةً فِي زِيَارَتِهِمْ وَ تَصْدِيقاً بِمَا رَغِبُوا فِيهِ كَانَ أَئِمَّتُهُمْ شُفَعَاءَهُمْ يَوْمَ الْقِيَامَةِ.

Şeyx Kuleyni, "əl-Kafi", c4, s.567, (adsız bab), hədis:2.

İbn Quləvəyh, "Kamiliz-ziyarat", s.122, hədis:2.

Şeyx Səduq, "Mən la yəhzuruhul-fəqih", c2, s.577, hədis: 3160.

http://iqna.ir/fa/news/3661702


Teqlər: iqna ، Ərbəin ، Əllamə Əmini
captcha