IQNA

İraqda İŞİD-in işğalından azad edilmiş ziyarətgahları milyonlar ziyarət etdi

0:40 - November 12, 2017
Xəbər sayı: 3482375
İraqın Səlahuddin əyalətinin Samerra, Bələd, Dəcil və digər şəhərlərində İŞİD terroristlərindən azad edilmiş şəhərlərindəki dini məkanları və ziyarətgahları milyonlarla zəvvar ziyarət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Səlahuddin əyalətinin Samerra, Bələd, Dücəyl və digər şəhərlərində İŞİD terroristlərindən azad edilmiş şəhərlərindəki dini məkanları və ziyarətgahları milyonlarla zəvvar ziyarət edib.

Bu barədə İraqın "Suməriyyə Nyuz" xəbər və informasiya portalı məlumat verərək bildirib ki, İraqın Səlahuddin əyalətinin Samerra, Bələd, Dəcil və digər şəhərlərində İŞİD terroristlərindən azad edilmiş şəhərlərindəki dini məkanları və ziyarətgahları 3 milyondan çox Ərəb və Əcəm (qeyri-ərəb) ölkələrindən olan zəvvarlar ziyarət edib.

Bu müqəddəs məkanları ziyarət edən zəvvarlar İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi münasibəti ilə İraqa daxil olmuşdular. Onların iraqlıların qonaqpərvərliyindən və zəvvarlara göstərilən xidmətlərdən razı olduqlarını vurğulayıblar.

Milyonlarla insanın işğaldan azad olunmuş əraziləri ziyarət etməsi gələcəkdə İraqda dini turizimin inkişaf edəcəyini vədə verir.

Səlahuddin əyalətinin valisi Əhməd Əl-Cəburi əyalətin gələcəkdə inkişafından danışaraq Samerra şəhərini bu əyalətini iqtisadi inkişafının şax damarı adlandırıb.

Qeyd edək ki, İraqın Samerra şəhərində İmam Həsən Əskəri (10-ci imam), İmam Əli ən-Nəqi əl-Hadi (9-cu imam), İmam Hadinin (ə) övladları, İmam Mehdi Sahibəz-Zamanın (ə.f) anası, İmam Hadinin anası, İmam Həsən Əskərinin anası Hədisə xatun və İmam Məhəmmədtəqinin (ə) qızı Həkimə Xatun dəfn ediliblər.

http://iqna.ir/fa/news/3661878

Xəbər barədə video:

http://iqna.ir/files/fa/news/1396/8/20/693430_368.flv


Teqlər: iqna ، İraq ، Ərbəin ، samerra
captcha