IQNA

BMT İraq və İrana zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib

8:33 - November 14, 2017
Xəbər sayı: 3482387
Birləşmiş Millətlər Təşkilatı bəyaniyyə yayaraq keçən həftənin bazar günü İraq və İranda baş vermiş zəlzələdə insan tələfatı ilə bağlı başsağlığı verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyaniyyə yayaraq keçən həftənin bazar günü İraq və İran İslam Respublikasında da baş vermiş zəlzələdə insan tələfatı ilə bağlı başsağlığı verib və bu hadisədə zərərçəkmişlərin dərdlərinə şərik olduğunu elan edib.

BMT-nin baş katibi dünən, həftənin birinci günü, 13 noyabr 2017-ci il, İran və İraqda baş vermiş zəlzələdə əzizlərini itirənlərə və dövlət başçılarına başsağlığı dedi və hadisə zamanı yaralananlar üçün sağlamlığ və şəfa diləyib.

BMT-nin baş katibi hadisə zamanı zərərçəkmişlərin yerləşdirilməsi, uçqun altında qalanların xilas edilməsi üçün göstərilən səylərə görə təşəkkür edərək bilidirib ki, beynəlxalq təşkilatlar zərərçəkmişlərə hər növ kömək göstərmək üçün hazırdır.

Qeyd edək ki, keçən həftənin bazar günü gecə İran və İraqın sərhəd şəhərilərində 7/3 bal gücündə zəlzələ baş verdi. Hadisə zamanı 500-ə yaxın insan həyatını itirdi və 7000-dən çox insan isə yaralandı.

http://iqna.ir/fa/news/3662740


Teqlər: iqna ، bmt ، iran ، İraq ، zəlzələ
captcha