IQNA

Türkiyə ruhingiyalı qaçqınlara qış fəsli üçün kömək göndərdi

11:00 - November 15, 2017
Xəbər sayı: 3482393
Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatı Banqladeşin Kakasbazar qaçqın düşərgəsində yerləşən myanmarlı qaçqın müsəlmanlara humanitar yardım karvanı ilə 10 min isti ədyal göndərdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatı Banqladeşin Kakasbazar qaçqın düşərgəsində yerləşən myanmarlı qaçqın müsəlmanlara humanitar yardım karvanı ilə 10 min isti ədyal göndərdi.

Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatının verdiyi hesabata görə, cari ilin sentyabr ayından indiyədək bu təşkilat vasitəsi ilə bir milyon ruhingiyalı qaçqına isti yeməklər verilib.

TİKA-nın (Türkiyənin Əməkdaşlıq və Koordinasiya Təşkilatı) hazırladığı hesabata əsasən, cari ildə Myanmarın Raxin əyalətində qarşıdurmaların başladığı zamandan 613 min nəfər müsəlman Banqladeşə qaçıb. Qaçqınların arasında 340 min nəfər uşaq qaçqın düşərgələrində acınaqcaqlı vəziyyətdə yaşayır, çirkli və anti-sanitar məkan və qidadan istifadə edirlər.

BMT-nin müfəttişlərinin qaçqınlarla apardığı müsahibədən məlum olub ki, ruhingiyalı müsəlmanlar Myanmarda soyqırım, kütləvi qətliam, qadınlara qarşı təcavüz və uşaqlara qarşı zorakılıq və vəhşiliyə məruz qalıblar.

http://iqna.ir/fa/news/3663432


Teqlər: iqna ، türkiyə ، ruhingiya ، myanmar
captcha