IQNA

"Nücəba", ABŞ Məclisinin sanksiya layihəsinə reaksiya verib

11:36 - November 18, 2017
Xəbər sayı: 3482399
İraqın "Nücəba" İslam Müqaviməti Hərəkatının baş katibi ABŞ Məclisinin bu hərəkata qarşı sanksiya layihəsini İraqın müqavimət qüvvələrinin haqq yolda olmasına dəlalət edən fakt adlandırıb.

İraqın Nücəba İslam Müqaviməti Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi ABŞ Məclisinin bu hərəkata qarşı sanksiya layihəsinə reaksiya olaraq deyib: Müqavimət qüvvələri adlarının ABŞ tərəfindən terrorçu qruplar siyahısına daxil edilməsindən qorxmur. Çünki, Vaşinqtonun bu hərəkəti öncədən proqnoz ediləsi idi.

İraqın Nücəba İslam Müqaviməti Hərəkatının sözçüsü Seyid Haşim Musəvi ABŞ Məclisinin bu hərəkata qarşı sanksiya layihəsinin müqavimət hərəkatının öz fəaliyyətini davam etdirməsinə mane olmayacağını bildirərək, deyib: ABŞ-ın Nücəba hərəkatının adını terrorçu qruplar siyahısına daxil etməkdə izlədiyi məqsəd müqavimət qüvvələrini Suriyadan geri çəkilməyə məcbur etməkdir.

İraqın Nücəba İslam Müqaviməti Hərəkatının sözçüsü əlavə edib: İraqın müqavimət qüvvələrinin Suriyadakı qanuni iştirakı bu ölkədə terrorizm ilə mübarizənin başa çatacağı zamana kimi davam edəcək.

ABŞ Məclisi İraqın Nücəba İslam Müqaviməti hərəkatının adını terrorçu qruplar siyahısına daxil etmək qərarına gəlib.

Sahartv

Teqlər: nücəba ، abş ، İraq ، iqna ، quran ، İslam
captcha