Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İsveçin Karlskrona şəhərindəki məscidlərdən birində səsucaldanla beş vaxt azan oxunmasına icazə verilib. Bu barədə İslam Mədəniyyət Dərnəyi sədri Əbdürrəhman Tamarji açıqılama verib.
Tamarji, "Azan icazəsini həftə də bir gün cümə namazından əvvəl istifadə edəcəyik. Çünki məscidimiz məhəllə içində olduğu üçün necə bir reaksiya alacağımızı bilmirik. Vaxt keçdikcə yenidən vəziyyət qiymətləndirilməsini aparıb, uyğun şəkildə hərəkət etməyi düşünürük. Səsucaldandan ilk azan oxumaq mənə nəsib oldu. Çox həyəcanladım və duyğulandım", - sözlərini dilə gətirib. Qeyd edək ki, İsveçdə ilk dəfə səsucaldanla azan dörd il əvvəl Stokholmdakı Fittja Ulu Məscidində oxunub. Məsciddə 2013-cü ildən yalnız cümə günləri cümə namazından əvvəl səsucaldanla azan oxunur.