IQNA

UNICEF Yəməndə ölən uşaqların sayını açıqladı

14:11 - November 25, 2017
Xəbər sayı: 3482428
BMT-nin uşaq təşkilatı hesab olunan UNICEF 2016-cı ildə Səudiyyə Ərəbistanının öldürdüyü yəmənli uşaqların sayını açıqlayıb.

UNICEF Yəməndə ölən uşaqların sayını açıqladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, BMT-nin uşaq təşkilatı hesab olunan UNICEF 2016-cı ildə Səudiyyə Ərəbistanının öldürdüyü yəmənli uşaqların sayını açıqlayıb.

UNICEF bəyan edib ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə Yəməndə 26 min uşağı öldürüb. Yayımlanan hesabatda 4272 ananın və 23 min uşağın müharibə hücumları nəticəsində öldürüldükləri vurğulanır.

Yerdə qalan 3 min uşaq isə aclıqdan, vəbadan və digər problemlərdən dünyalarını dəyişiblər.

captcha