IQNA

BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıb

12:22 - November 28, 2017
Xəbər sayı: 3482437
Verilən məlumatlara əsasən son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir.

BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıbİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

"Avqustun 25-dən etibarən Banqladeşə gələn Rohinca müsəlmanlarının sayı 624 minə çatıb” — deyə S.Düjarrik bildirib.

Onun sözlərinə görə, son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir.

Xatırladaq ki, Cari ilin avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb.

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.

Teqlər: myanma ، iqna ، rohinca ، müsəlman ، bangladeş
captcha