IQNA

Myanma hərbiçiləri Raxində azyaşlı Quran hafizini öldürdülər

7:57 - December 23, 2017
Xəbər sayı: 3482544
Terrorçu Myanma dövlətinin hərbiçiləri Raxin əyalətində azyaşlı Quran hafizini heç bir izah vermədən və müəyyən dəlil göstərmədən həbs etdikdən sonra öldürdülər.

Myanma hərbiçiləri Raxində azyaşlı Quran hafizini öldürdülərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Arakan” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Terrorçu Myanma dövlətinin hərbiçiləri Raxin əyalətində azyaşlı Quran hafizini heç bir izah vermədən və müəyyən dəlil göstərmədən həbs etdikdən sonra öldürdülər.
Xəbərdə deyilir ki, Myanmarın təhlükəsizlik qüvvələri ruhingiyalı azyşalı müsəlman Quran hafizini heç bir sənəd və sübut olmadan həbs ediblər. Hərbiçilər bu azyaşlı Quran hafizini bir neçə günü həbsdə saxladıqdan sonra öldürüb və cəsədini ailəsinə təhvil veriblər.
Myanma hərbi qulluqçuları və təhlükəsizlik qüvvələri iddia ediblər ki, bu azyaşlı uşağı bir cinayət işə ilə əlaqadər olduğunü güman edərək həbs ediblər. Amma uşağın bu cinayət işinə heç bir bağlılığı olmadığı halda valideynləri uşağın cəsədi ilə qarşılaşıblar.
Bu azyaşlı Quran hafizi ömrünün təkcə 12 baharını görmüşdü  və valideynləri ilə Raxin əyalətinin Mangdu şəhərinin Nurvila kəndində yaşayırdı.  
Xatırladaq ki, BMT-nin insan hüquqları gözətçisi elan edib ki, Myanma qoşunu cari ilin Avqust ayının 30-da yüzlərlə Ruhingiya müsəlmanlarını qətliam etmiş və onlara qarşı cinsi təcavüz cinayətləri törətmişlər.
http://iqna.ir/fa/news/3674526

Myanma hərbiçiləri Raxində azyaşlı Quran hafizini öldürdülər

Teqlər: iqna ، myanma ، raxin ، ruhingiya ، quran hafizi
captcha