IQNA

Quran Maarifi və Elmləri tədqiqat müəssisəsinin rəisi:

Həzrət Məsumənin (s) “kiçik ismət” məqamı Quran əsasında isbat edilir

7:07 - December 27, 2017
Xəbər sayı: 3482559
“Qurani-Kərimin ayələrinə əsasən Həzrət Məsumənin (s) “kiçik ismət” (isməti-süğra) məqamı isbat etmək olar” – Quran Elmləri tədqiqat müəssisəsinin rəisi Höccətul- İslam Əli Əşrəf Əbdi bildirib.

Həzrət Məsumənin (s) “kiçik ismət” məqamı Quran əsasında isbat edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının müqəddəs Qum şəhərində şiələrin 7-ci məsum imamı Həzrət İmam Musa Kazimin (ə) qızı və 8-ci imam Həzrət İmam Rzanın (ə) bacısı Həzrət Məsumənin (s) vəfatı günü astanasında Qum şəhərinin “Cihade-Daneşqahi” (universitet cihadı) elmi birliyində keçirilən elmi dəyəirmi masada o xanımın (s) həyatı, şəxsiyyəti, mənəvi və elmi məqamı barədə söhbət edilib.

“Müsəlman qız üçün nümunə” adı ilə keçirilən bu elmi dəyirmi masada Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (r.ə) adına Quran maarifi və elmləri tədqiqat müəssisəsinin rəisi Höccətul- İslam vəl- müslimin Əli Əşrəf Əbdi Həzrət Məsumə (s) barədə böyük alim və şairlərin vəsflərinə işarə edərək dedi: Ədəbiyyat və şer sahəsində mərhum Feyz Kaşani, İmam Xomeyni və digər böyük arif və alimlərdən Həzrət Məsumənin (s) uca mənəvi və irfani məqamına həsr edilmiş irfani şerlər vardır. Və həmçinin irfani alimlərdən kənarda da digər şəxsiyyətlər o həzrətin (s) mənəvi məqamını şeir dili ilə nəzmə çəkiblər.   

O əlavə etdi: Bundan əlavə hövzə və universitet tələbələri “Arif Zəvvarlarla Birgə” kitabını əldə edib burada Ayətullah Fazil Lənkərani, Ayətullah Məhəmməd Cavad Təbrizi, Ayətullah Behcət, Ayətullah Məkarim Şirazi, Ayətullah Cavadi Amuli və digər böyük alimlərin Həzrət Məsumə (s) barədə fikirləri ilə tanış ola bilərlər. Bu kitab tələbələr üçün mənəvi yola nurlu bir çıraq ola bilər.

Həzrət Məsumənin (s) “kiçik ismət” məqamı Quran əsasında isbat edilir

Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (r.ə) adına Quran maarifi və elmləri tədqiqat müəssisəsinin rəisi Höccətul- İslam vəl- müslimin Əli Əşrəf Əbdi Həzrət Məsumənin (s) “kiçik- ismət” məqamına işarə edərək dedi: Qurani- Kərimin müxtəlif ayələrinə istinad edərək deyə bilərik ki, bu məqam (isməti-süğra) hər bir təqvalı insan üçün əldə edilə biləcək bir məqamdır və qeyri-mümkün bir şey deyildir. Allaht-Taala “Ənfal” surəsinin 29-cu ayəsində buyurur:

       «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا (انفال/ ۲۹)»

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir.”

Ayədə bir tərəfdən təqvaya əmr edir və digər tərəfdən də deyir ki, bu təqvanın bir İlahi qarşılığı da var, Allah bunun əvəzində insana “fürqan” verəcəkdir. Həmçinin ayədən məlum olur ki, təqva qazanmaq hər bir adam üçün mümkündür, çünki Allah mümkünsüz bir işə əmr etməzdi. Əgər təqva mümkündürsə, deməli “fürqan” məqamına çatmaq da mümkündür. Belə olan halda Allaha itaət etməklə həm təqva və həm də “fürqan” qazanmaq olar.

Höccətul- İslam vəl- müslimin Əli Əşrəf Əbdi əlavə etdi: Nəzərə alsaq ki, Həzrət Məsumə (ə) iki məsumun (atası İmam Kazim və qardaşı İmam Rza) əli ilə tərbiyə edilmişdir, onun üçün bu məqama əldə etmək elə də çətin bir iş olmayıbdır. Quran Bəqərə surəsinin 38-ci ayəsində buyurur:

    «فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ»

Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»

Bu ayə bütün insanlara aiddir. Buna görə də hər kəs Allaha və dini rəhbərlərə itaət edərsə, əməli- ismət məqamına çata bilər ki, bunun da mükafatı hüzn və kədərin həmin şəxsdən götürülməsi və ruhi sakitliyə və sabitliyə çatmaqdır. Və sözsüz ki, Əhli-Beytin (ə) ocağında xalis mənəvi tərbiyə görmüş və elmi dərəcələrə yiyələnmiş bir xanım üçün ki, həm məsumun qızıdır, həm bacısıdır və həm də bibisidir və həmçinin məsumlar tərəfindən o anadan olmamışdan onun barəsində fəzilətlər deyilmişdir, kiçik- ismət məqamına yetmək çox da çətin bir iş olmamışdır.

Dəyirmi masanın davamında Həzrət Məsumənin (ə) barəsində imamlardan (ə) rəvayət olunan fəzilət hədisləri və Qum şəhərinin axirəz-zamandankı rolundan söhbət edilib.

Xatırladaq ki, Həzrət Məsumə (s) 201-ci hicri-qəməri ilində Rəbius-Sani ayının 10-da vəfat etmişdir. “Bəhrul-Ənsab” kitabının yazdığına və bir sıra alimlərin dediyinə görə, Həzrət Məsuməni (ə) zəhərləyərək şəhadətə yetiriblər.  

Qeyd edək ki, cari həftənin Cümə günü, 29 Dekabr 2017-ci il, Həzrət Məsumənin (ə) vəfatı gününə təsadüf edir.

http://iqna.ir/fa/news/3676321

captcha