IQNA

İQNA Yəmən barədə hesabat verir;

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

8:06 - January 01, 2018
Xəbər sayı: 3482581
Min günlük müharibə yəmənli uşaqların ən gözəl uşaqlıq günlərini oğurladı, həyat nurunu onların gözlərində söndürdü, ruhlarını, canlarını öldürdü…

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yəmənli uşaqlar üçün hər günü min günün çətinliyinə bərabər 1000 gün müharibə acısı ilə keçdi. Həmin günlər ki, uşaqlar aclığı, ölümə bərabər xəstəliyi və ölüm gətirən raketləri hiss edərək yaşadılar və yaşayırlar.

Təkfirçi terrorçu Səudiyyə Ərəbistanının və Amerikanın 2015-ci ilin Mart ayının 26-da təşkil etdiyi təcavüzkar koalisiyanın Yəmənə başlatdığı hücumdan 1000 gün keçdi və hava hücumları, körpə uşaqları bombardman etmək hələ də davam edir.

Min gündür ki, yəmənli uşaqlar, qocalar, qadınlar və xəstələr ölümlə çarpışır, hər gün tikələnmiş cəsədləri görür, əzizlərinin başsız, əlsiz və ayaqsız bədənləri ilə rastlaşırlar.

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

Bu mənzərəni demək asandır, görmək isə körpə uşağı anında qocaldır. Bu mənzərini yaradanlar və tamaşa edənlərin günahı və qara ləkəsi alınlarından silinməyəcək. Bu mənzərə bütün bəşəriyyət və beynəlxalq təşkilatlar üçün ar və utancdır. Hansı ki, onlar gözlərini yəmənli uşaqların hər gün qətliam edilməsinə və onlara olunan zülmlərə bağlayıblar.

Yəmənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının və Amerikanın 2015-ci ilin Mart ayının 26-da təşkil etdiyi təcavüzkar koalisiyanın Yəmənə başlatdığı hücumdan indiyədək 2 min 59 nəfər uşaq öldürülüb, 309 uşaq yaralanmışdır.

Yəmənli uşaqların və Yəmən xalqının gündəlik həyat tərzi ölüm qədər ağırlaşıb. Yəmənlilər hər tərəfdən hücum çəkən ölümlə çarpışırlar. Onlar aclıqdan, susuzluqdan, geyimsizlikdən, evsizlikdən, isti və soyuqdan, keçici xəstəliklərdən və təhsil şəraitinin olmamasından əzab çəkirlər.

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib 

BMT- nin humanitar məsələlər üzrə dəftərxanasının verdiyi məlumata görə, Yəmən də 11.2 milyon uşaq həyati və insani böhran içindədirlər.

Yəmənli ailələr dağıdılmış evlərini tərk ediblər. Evindən didərgin düşmüş 2.9 milyon yəmənlinin 55%-ni uşaqlar təşkil edir. Bu uşaqların 513 min nəfəri təhsil ocaqlarından məhrumdurlar.

Bu məlumata əsasən hazırda 2.3 milyon yəmənli uşağın tibbi yardıma ehtiyacı vardır. Hər 10 dəqiqədə bir uşaq müxtəlif xəstəliklər ucbatından canını itirir. Yəmənin səhiyyə nazirliyinin bildirdiyinə görə, təkcə keçən il ərzində 52 min uşaq xəstəlikdən ölüb. Qalanları da müxtəlif xəstəliklərə yoluxmadan və qida çatışmamazlığından ölümlə üz-üzədirlər. Beş yaşından aşağı uşaqların 26% və 18 yaşından aşağı cavanların 56% vəbaya yoluxmaqda şübhəlidirlər.

Səudiyyə Ərəbistanının və Amerikanın 2015-ci ilin Mart ayının 26-da təşkil etdiyi təcavüzkar koalisiyanın Yəmənə başlatdığı hücumdan indiyədək 2621 məktəb dağıdılıb və bunun nəticəsində 2.3 milyon uşaq təhsildən məhrum olub.  

http://iqna.ir/fa/news/3677765

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

Yəmənə hücumun 1000-ci günündə 2 min uşaq öldürülüb və 2 milyon şagird təhsildən məhrum edilib

Teqlər: iqna ، yəmən ، vəba ، səudiyyə
captcha